Londonda zay təmir faciəsi: 6 ölü, 64 yaralı - VİDEO

Bu gecə Londonun qərbində 24 mərtəbəli "Grenfell Tower" yaşayış kompleksində güclü yanğın olub. Yanğın yerinə 40 yanğınsöndürən maşın və 200 yanğınsöndürən göndərilmişdi. Şimali Kensinqton səmtindəki bina faktiki olaraq bütünlüklə yanıb. Yanğının 2-ci mərtəbədə başlandığı, az sonra 24-ci mərtəbəyədək mənzillərin alışdığı deyilirdi. Binada 120 mənzil var.

Bu gecə Londonun qərbində 24 mərtəbəli "Grenfell Tower" yaşayış kompleksində güclü yanğın olub. Yanğın yerinə 40 yanğınsöndürən maşın və 200 yanğınsöndürən göndərilmişdi. Şimali Kensinqton səmtindəki bina faktiki olaraq bütünlüklə yanıb. Yanğının 2-ci mərtəbədə başlandığı, az sonra 24-ci mərtəbəyədək mənzillərin alışdığı deyilirdi. Binada 120 mənzil var.

Yanğın zamanı 64 nəfərin xəsarət aldığı vurğulanırdı. London Polisinin yaydığı rəsmi məumata görə, yanğında 6 nəfər həlak olub. Yanğın qurbanlarının sayının artacağı deyilir. Letimer Roudda yerləşən binada yanğının başlaması barədə ilk məlumat polisə yerli vaxtla 01.16-da daxil olub. Hazırda binada 100 yanğınsöndürən çalışır. Kompleksdə hələ də sakinlərin qaldığı güman olunur. Yanğında 64 nəfər dəm qazından zəhərlənib. 20 nəfər çox ağır vəziyyətdə reanimasiya bölmələrindədir.Bina alışanda  120 mənzildə təqribən 600 nəfər vardı.

Sakinlərin dediklərinə görə, binanın yanğından mühafizə sistemi tüstüyə heç bir reaksiya verməyib. Yanğınla bağlı səs xəbərdarlığı da olmaıb. Bina sakinlərinin çoxu qışqırıq, evin üzərində uçan helikopterlərin və polislərlə yanğınsöndürənlərin avtomobillərinin sirenalarının səsinə ayılıblar. Gecə yanğının şahidlərindən biri Sky News-a deyib: "Mənzillərin pəncərələrindən atılaraq yanğından qurtulmağa çalışan insanları gördüm". Bir çox sakinlər isə binadan çıxa bilmədlikləri üçün pəncərələrin qarşısında duraraq ağ dəsmalları, mobil telefonların işıqlı ekranlarını yellədiblər.

"Grenfell Tower"-in sakini Zeynəb deyib: "Binadakı yanğın çıxışı bağlı idi, çünki alışmışdı. Gəlinim, atam və ərim binada qalmışdılar. Məni çıxardılar, amma ərimlə əlaqə kəsildi. Binanı bu yaxınlarda təmir etmişdilər. Nə isə plastik lövhələr vurmuşdular. Həmin lövhələrin altında isə taxtalar vardı. Sakinlərin əksəriyyəti bundan şikayətləndi, çünki yanğın baş verəndə binanın kibrit çöpü kimi alışıb yanacağını dedik. Dediyimiz kimi də oldu".

Samirə və Tamara adlı iki sakin isə pəncərələrdən uşaqların aşağı atıldığını deyiblər: "Qadınlar uşaqları aşağı atır, "Övladlarımızı xilas edin!" qışqırırdılar. Uşaqların qışqırıqlarını eşidirdik, insanlar pəncərələrdən, eyvanlardan atılırdılar".

10-cu mərtəbədəki mənzildən atılan 7 aylıq körpəni iki kişi tutaraq xilas edib.

1974-cü ildə tikilmiş "Grenfell Tower" 2016-cı ilin mayında təmir olunub. Təmir 8,7 milyon funt-sterlinqə başa gəlib.

Şimali İrlandiyanın Demokratik Yunionist Partiyası və Britaniyanın baş naziri Tereza Meyin başçılıq etdiyi Mühafizəkarlar Partiyası hakimiyyət koalisiyasının qurulması ilə bağıl proseduru gələn həftəyədək təxirə salıblar.

Ekspertlərin fikrincə, Londondakı yanğın "Brexit"lə bağlı danışıqların başlanma tarixinə də təsir edə bilər. Milli.az The Guardian-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31