“Rusiya kəşfiyyatı 2000-2016-cı illərdə...” - FTX barədə ŞOK İDDİA

Donald Tramp Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) müvəffəqiyyət əməliyyatı nəticəsində ABŞ prezidenti oldu. Bu haqda “Qordon” saytında dərc olunan məqaləsində Amerika-Rusiya tarixçisi, publisist, qalmaqallı “Federal Təhlükəsizlik Xidməti Rusiyanı partladır” kitabının müəllifi Yuri Felştinskiy yazıb. Onun sözlərinə görə, 2000-2016-cı illərdə Avropada analoji əməliyyatlar keçirilirib.

Donald Tramp Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) müvəffəqiyyət əməliyyatı nəticəsində ABŞ prezidenti oldu. Bu haqda "Qordon" saytında dərc olunan məqaləsində Amerika-Rusiya tarixçisi, publisist, qalmaqallı "Federal Təhlükəsizlik Xidməti Rusiyanı partladır" kitabının müəllifi Yuri Felştinskiy yazıb. Onun sözlərinə görə, 2000-2016-cı illərdə Avropada analoji əməliyyatlar keçirilirib.

"Hansısa ölkələrdə bu əməliyyatlar uğursuzluqla nəticələnib. Məsələn, Monteneqroda çevrilişi təşkil etmək mümkün olmadı. Əgər çevriliş uğurlu olsaydı, bu ölkə NATO-ya daxil olmağı bacarmazdı. Marin Le Penin prezident vəzifəsinə seçilməsi ilə bağlı plan da baş tutmadı. Ona görə də iddia etmək yanlışdır ki, Federal Təhlükəsizlik Xidmətində Putinin hesabında yalnız uğurlar və qələbələr var. Bu, belə deyil", - Felştinskiy qeyd edib.

Jurnalistin sözlərinə görə, ABŞ Senatında yüksək vəzifəli məmurların son ifadələri göstərdi ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edib. O həmçinin qeyd edir ki, Rusiyanın ABŞ-da seçkilərə təsirinin səviyyəsini müəyyən etmək mümkün deyil. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31