Ətraf mühit bizə düşündüyümüzdən daha güclü təsir göstərir...
İşdən yorulanda bir-birimizə təbiət qoynunda dincəlməyi məsləhət görürük. İngiltərənin Bredford və Şeffild universitetlərinin alimləri sübut ediblər ki, bu, çox düzgün məsləhətdir. Təbiət mənzərələrini müşahidə etmək, məsələn, gölə baxmaq beyinin müxtəlif sahələri ilə əlaqəni yaxşılaşdırır. Daim şəhər mənzərələrinə baxmaq isə neyronlar arasında əlaqənin pozulmasına gətirib çıxarır.
14 İyun 2017 19:21 Dünyaİşdən yorulanda bir-birimizə təbiət qoynunda dincəlməyi məsləhət görürük. İngiltərənin Bredford və Şeffild universitetlərinin alimləri sübut ediblər ki, bu, çox düzgün məsləhətdir. Təbiət mənzərələrini müşahidə etmək, məsələn, gölə baxmaq beyinin müxtəlif sahələri ilə əlaqəni yaxşılaşdırır. Daim şəhər mənzərələrinə baxmaq isə neyronlar arasında əlaqənin pozulmasına gətirib çıxarır.
Təbiət səsləri, məsələn dalğa, yaxud yağış səsi beyində neyronların siqnalını yaxşılaşdırır. Tədqiqatçıların fikrincə, ətraf mühit bizə düşündüyümüzdən daha güclü təsir göstərir. O, təkcə psixikaya deyil, beyinin fəaliyyətinə də təsir edir.