Bilik Fondu Tovuzda və Ağstafada Milli Qurtuluş Gününü qeyd etdi
15 iyun – Milli Qurtuluş Günü ilə əlaqəda Bilik Fondu paytaxtda və bölgələrdə silsilə tədbirlər həyata keçirib. Fonddan “Olaylar” – a bildirilib ki, Tovuz rayonundakı Heydər Əliyev Muzeyində yerli İcra Hakimiyyəti ilə birgə təşkil olunmuş mühazirədə Milli Məclisin üzvü Qənirə Paşayeva Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində tutduğu müstəsna mövqeyindən danışıb. Millət vəkili bildirib ki, bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən siyasi strategiyanın əsas istiqamətləri Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.
15 İyun 2017 12:43 Sosial15 iyun - Milli Qurtuluş Günü ilə əlaqəda Bilik Fondu paytaxtda və bölgələrdə silsilə tədbirlər həyata keçirib. Fonddan "Olaylar" - a bildirilib ki, Tovuz rayonundakı Heydər Əliyev Muzeyində yerli İcra Hakimiyyəti ilə birgə təşkil olunmuş mühazirədə Milli Məclisin üzvü Qənirə Paşayeva Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində tutduğu müstəsna mövqeyindən danışıb. Millət vəkili bildirib ki, bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən siyasi strategiyanın əsas istiqamətləri Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.
Ağstafa Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən tədbirdə Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva məruzə edib. Qarabağ Regional Bilik evinin təşkilatçılığı ilə Tərtər rayon 2 nömrəli məktəb-liseydə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə yerli ziyalılar və ictimaiyyətin nümayəndələri, məktəblilər iştirak ediblər.