Hər gün süd içən uşaqların insult keçirmək riski 60 faiz azalır
Böyük Britaniyada aparılan çoxillik tədqiqatlara görə, hər gün süd içən uşaqların gələcəkdə insult keçirmələri riski 60 faiz azalır. Britaniya alimləri 1343 ailədən olan uşaqların sağlamlıq durumunu 60 il nəzarətdə saxlayıblar. Eksperimentin sonuna yaxın 284 iştirakçı ürək xəstəliyindən, 121 nəfər isə insultdan dünyasını dəyişib.
15 İyun 2017 16:30 DünyaBöyük Britaniyada aparılan çoxillik tədqiqatlara görə, hər gün süd içən uşaqların gələcəkdə insult keçirmələri riski 60 faiz azalır. Britaniya alimləri 1343 ailədən olan uşaqların sağlamlıq durumunu 60 il nəzarətdə saxlayıblar. Eksperimentin sonuna yaxın 284 iştirakçı ürək xəstəliyindən, 121 nəfər isə insultdan dünyasını dəyişib.
Mütəxəssislər aydınlaşdırıblar ki, gün ərzində 400 milliqramdan az kalsium almış uşaqlarda insult riski lazımi miqdarda kalsium qəbul edənlərə nisbətən yüksəkdir. Bununla da uşaqlıqda qəbul edilən kalsiumla ahıl vaxtlarda insulta mübtəla olmaq arasında əlaqə özünü göstərir. Həkimlər bildirirlər ki, orqanizmin kalsiumla gündəlik təminatı üçün bir stəkandan bir qədər çox süd və 50 qram pendir kifayətdir.