Rusiya və İrana qarşı Qərbin sərt xətt siyasəti Azərbaycanın ABŞ üçün önəmini artıracaq

“ABŞ senatının Rusiyaya qarşı sanksiyalar paketini qəbul etməsi və İrana qarşı bu istiqamətdə çalışmalar başlanılması, regionda yeni siyasi situasiyanı dəyişəcək”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

"ABŞ senatının Rusiyaya qarşı sanksiyalar paketini qəbul etməsi və İrana qarşı bu istiqamətdə çalışmalar başlanılması, regionda yeni siyasi situasiyanı dəyişəcək". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki, Rusiya və İrana qarşı Qərbin sərt xətt siyasəti Azərbaycanın ABŞ üçün önəmini artıracaq: "Ağ Evin TAP və TANAP verdiyi ciddi dəstək, bunun bariz nümunəsidir. Azərbaycanın daxili işlərinə fəal müdaxilə etmək iqtidarında olan Moskva və Tehranın beynəlxalq izolyasiyası, Bakının manevr imkanlarını genişləndirməklə yanaşı, bu ölkələr qarşısında rolunu gücləndirir. Sanksiyalardan əziyyət çəkən İran və Rusiyaya "Şimal-Cənub Nəqliyyat" dəhlizi bundan sonra, çox ciddi iqtisadi dvident gətirməklə yanaşı Azərbaycanın regionda rolunu daha da artırır". Politoloq deyib ki, bu ay, Tehranda keçiriləcək "Şimal-Cənub Nəqliyyat" dəhlizi konfransında Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü olacaq: "Bu görüşdə Azərbaycanın rolu əhəmiyyətli dərəcədə mühüm olacaq və rəsmi Bakı bundan istifadə edərək, Ermənistanın iqtisadi blokadasını genişləndirməlidir. Hazırda ölkəmizin Avropa İttifaqı ilə davam edən strateji tərəfdaşlıq səviyyəsində danışıqlardan sonra müqaviləlırin bağlanması labüddür . Həmçinin ABŞ və NATO ilə əlaqələri siyasi dialoq formatından əməkdaşlıq səviyyəsinə qaldırmağın zamanıdır. Rusiya və İran fakttoru Qərbi narahat etdikcə, Azərbaycan diqqət mərkəzində olacaq. Qarabağ münaqişəsinin həlli istiqamətində Qərb dəstəyini artırada bilər. Zaman Bakının xeyrinə çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31