Bahar Muradova: “Azərbaycan regional və beynəlxalq aləmdə beynəlxalq hüququn prinsiplərinə əməl edib”

“Hər bir cəmiyyətin qarşısında duran əsas məqsəd dayanıqlı inkşafı təmin etməkdir. Azərbaycan bütün mənalarda götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşıb. Ölkədə təhlükəsizlik və sülh mühiti mövcud olmalıdır, belə olmasa, inkişafa nail olmaq mümkün deyil”.

"Hər bir cəmiyyətin qarşısında duran əsas məqsəd dayanıqlı inkşafı təmin etməkdir. Azərbaycan bütün mənalarda götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşıb. Ölkədə təhlükəsizlik və sülh mühiti mövcud olmalıdır, belə olmasa, inkişafa nail olmaq mümkün deyil". Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova "Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi milli prioritetlər və əməkdaşlıq" mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransında deyib. O, bildirib ki, dünya dövlətlərinin, beynəlxalq təşkilatların sülh və sabitliyi təmin etmək öhdəliyi var: "Ancaq dünyada ziddiyyətli bir vəziyyət mövcuddur. Azərbaycan dövləti həm regional, həm beynəlxalq aləmdə beynəlxalq hüququn prinsiplərinə əməl edib. Baxmayaraq ki, ölkəmiz Ermənistanın təcavüzünə məruz qalıb, bununla da haqsızlıqla üzləşib. Amma Azərbaycan öz mövqeyindən dönməyib və bütün dünya dövlətlərini beynəlxalq hüquqa əməl etməyə çağırıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31