Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib 

Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, keçidin istifadəyə verilməsi mərasimində "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər.

Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, keçidin istifadəyə verilməsi mərasimində "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər. Yeraltı piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilib. "Azəravtoyol" ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57.1 metrdir. Bura keçidin 21.9 metr uzunluğunda olan pilləkan hissələri və 35.2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3.2 metrdir. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunub. Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31