Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 98 – ci sessiyası keçirilib
Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 98 – ci sessiyası öz işini yekunlaşdırıb. “OLAYLAR”-ın xəbərinə görə, sessiyada Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Sessiyada etimadnamələr haqqında məruzə, Beynəlxalq Dəniz Təşkilatının digər üzvlərinin qərarları, əsas sənədlərə dair düzəlişlərin qəbulu və nəzərdən keçirilməsi, BDT – nin sənədlərinin erkən tətbiqi, dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər və s. müzakirə olunub. Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.
16 İyun 2017 12:47 SosialBeynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 98 - ci sessiyası öz işini yekunlaşdırıb. "OLAYLAR"-ın xəbərinə görə, sessiyada Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Sessiyada etimadnamələr haqqında məruzə, Beynəlxalq Dəniz Təşkilatının digər üzvlərinin qərarları, əsas sənədlərə dair düzəlişlərin qəbulu və nəzərdən keçirilməsi, BDT - nin sənədlərinin erkən tətbiqi, dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər və s. müzakirə olunub. Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.
Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.