Nazir mükafatlandırdı

Tamaşaçılar Teatrının istedadlı aktrisası, əməkdar artist Kəmalə Hüseynova Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.

Tamaşaçılar Teatrının istedadlı aktrisası, əməkdar artist Kəmalə Hüseynova Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.

Teatrdan "Olaylar" - a bildirilib ki, mükafatlandırma mərasimi Gənc Tamaşaçılar Teatrında baş tutub. Fəxri Fərman bu günlərdə 50 illik yubileyi tamam olan aktrisaya kino və teatr sahəsində uğurlu fəaliyyətinə görə təqdim edilib.

Kəmalə Hüseynova qazandığı uğurların və mükafatların bütün teatra məxsus olduğunu, ölkənin ən işgüzar və mehriban kollektivi ilə bir yerdə çalışdığı üçün özünü şanslı hesab etdiyini dilə gətirərək mükafata görə Mədəniyyət və Turizm Nazirliyinə öz dərin minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31