“Gənc ailələrdə ailədaxili münasibətlər, milli-mənəvi dəyərlər və müasirlik!” adlı konfrans keçiriləcək  

Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə şimal zonasında “Gənc ailələrdə ailədaxili münasibətlər, milli-mənəvi dəyərlər və müasirlik!” adlı konfrans keçiriləcək.

Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə şimal zonasında "Gənc ailələrdə ailədaxili münasibətlər, milli-mənəvi dəyərlər və müasirlik!" adlı konfrans keçiriləcək. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, iyunun 20-də keçirilməsi nəzərdə tutulan konfrans Xaçmaz rayonunda baş tutacaq. Konfransda aidiyyatı dövlət qurumlarının rəhbərləri və nümayəndələri iştirak edəcək. Konfransın keçirilməsində əsas məqsəd, gənc ailələrdə ailədaxili münasibətlər, ailələrdə milli-mənəvi dəyərlərin qorunması, müasirliyin ailələrə gətirdiyi mənfi və müsbət təsirlər kimi maarifləndirici mövzulara toxunmaqdır. Tədbirin sonunda əqli, fiziki və nitq qüsurlu uşaqlar üçün Narınc Uşaq Psixologiya Mərkəzinin həkim-psixoloq və loqopedləri tərəfindən pulsuz həkim müayinəsi təşkil olunacaq. Pulsuz həkim müayinəsi aksiyasında Xaçmaz rayonunda və ətraf kəndlərində yaşayan fiziki problemləri olan uşaqlar üçün muraciət etmək mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31