Yeni salınan yollarda sınaq yürüşlər keçirilir
Füzuli meydanı və Təzəpir məscidi kompleksi ətrafında aparılan işlər çərçivəsində yeni salınan və yenidən qurulan yollarda hərəkətinin rahat və maneəsiz təşkili üçün "Azəravtoyol" ASC və Bakı Nəqliyyat Agentliyi avtonəqliyyat vasitələrinin sınaq test yürüşləri keçirilir. Bu barədə məlumatı “OLAYLAR”-a "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli verib. Onun sözlərinə görə, sınaq yürüşlərin keçirilməsində məqsəd layihə üzrə yenidən qurulan və yeni salınan yollarda hərəkətin təşkilini real şəraitdə yoxlamaq və çatışmazlıqları aradan qaldırmaqdır.
16 İyun 2017 14:25 SosialFüzuli meydanı və Təzəpir məscidi kompleksi ətrafında aparılan işlər çərçivəsində yeni salınan və yenidən qurulan yollarda hərəkətinin rahat və maneəsiz təşkili üçün "Azəravtoyol" ASC və Bakı Nəqliyyat Agentliyi avtonəqliyyat vasitələrinin sınaq test yürüşləri keçirilir. Bu barədə məlumatı "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli verib. Onun sözlərinə görə, sınaq yürüşlərin keçirilməsində məqsəd layihə üzrə yenidən qurulan və yeni salınan yollarda hərəkətin təşkilini real şəraitdə yoxlamaq və çatışmazlıqları aradan qaldırmaqdır.