Gündəm

Məşhur rep ifaçısı vəfat etdi

21 İyun 2017 14:33

ABŞ-ın məşhur "Mobb Deep" rep qrupunun ifaçısı Prodigy (Albert Conson) 42 yaşında vəfat edib.  Bunu musiqiçinin təmsilçisi bildirib. İnformasiyaya əsasən, Conson bir neçə gün əvvəl anemiyanın kəskinləşməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Argentinada 32-ci dəfə çempion oldular

21 İyun 2017 14:31

Futbol üzrə Argentina çempionatının qalibi müəyyənləşib. "Boka Yuniors" klubu mövsümün başa çatmasına iki tur qalmış birinci yeri rəsmiləşdirib. Bu, Buenos-Ayres təmsilçisinin ən yaxın izləyici "Banfild"in XXIX tur çərçivəsində səfərdə San-Lorensoya 0:1 hesabı ilə məğlubiyyətindən sonra dəqiqləşib. Hesabında 59 xal olan "Boka Yuniors" 54 xal toplayan "Banfild" üçün əlçatmaz olub.

XİN yapon bloqerin adını “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarıb

21 İyun 2017 14:26

Yaponiya vətəndaşı, müstəqil bloqer Natsumi Daizen Azərbaycanın Yaponiyadakı səfirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Komendantlar sakinlərə hədə-qorxu gəlirlər...

21 İyun 2017 14:22

Azərbaycanda çoxmənzilli binaların idarə edilməsinin yeni qayaları müəyyən edilib. Belə ki, prezidentinin təşəbbüsü ilə Mənzil Məcəlləsinə yeni maddə əlavə edilib. Ölkə parlamenti iyunun 13-də Mənzil Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini müzakirəyə çıxararaq qəbul edib. Sənədə əsasən, çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Bu binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanmalıdır. Eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.

Bakıda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçiriləcək

21 İyun 2017 14:20

Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı RecExpo III – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisinə dair təqdimat tədbiri və mətbuat konfransı keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov 23-25 noyabr tarixlərində baş tutacaq sərginin əhəmiyyətindən danışıb və bildirib ki, sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır.

“Deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin müzakirəsinə tövsiyyə olunub

21 İyun 2017 14:19

İyunun 20-də Milli Məclisdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Politoloq: "Ermənistan kriminal avtoritetlər hazırlamaqla məşğuldur"

21 İyun 2017 14:13

"Azərbaycan Müdafiə Nazirliyinin bir diversantın ələ keçirilməsi ilə bağlı yaydığı məlumatı erməni tərəfdən iki saxta qurum təkzib edir. Lakin mən bizim nazirliyin yaydığı məlumata inanıram. Ona görə yox ki, Müdafiə Nazirliyi bizim qurumdur, ona inanmalıyam. Səbəbi odur ki, Ermənistanda ordu yoxdur, düşmənin ordusu avtoritet və kriminalların bazasına çevrilib". Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Əkbər Qoşalı Milli Ordumuzun gücündən danışdı

21 İyun 2017 14:11

“Qarşıdan 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü gəlir. Bu gün münasibəti ilə bütün hərbçilərimizi, ayrıca, dünən Ali Baş Komandanımızın Sərəncamı ilə təltif olunan, eləcə də, general rütbəsi alan Silahlı Qüvvələrimizin dəyərli mənsublarını ürəkdən təbrik edirəm. İnşallah, ordumuzdan qələbə soraqları eşidək. Bu yerdə, qələbə soraqlarının uzaq gələcəyə aid hadisə olmadığını vurğulamaq istərdim. Tanrımıza şükürlər olsun, günümüzdə də qələbə soraqları eşidirik, hər gün eşidəcəyimizə də ümidimiz, inamımız tamdır. Bütün zorluqlara, olumsuzluqlara baxmayaraq, Ali Baş Komandanımızın alovlu vətənpərvərliyi, xalqımızın orduya dərin məhəbbəti, işimizin haqq işi olması və başqa obyektiv, təməlli səbəblər sayəsində ordumuz, elan olunmamış savaşdan qalib çıxacaq”. Bunu Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Müasir toy adətlərimizin mənəvi və fiziki zərbələri

21 İyun 2017 14:10

Müstəqillik illərindən sonra deqradasiyaya məruz qalan, öz adət-ənənəsini, hətta milliliyini itirən hallardan biri də toylar oldu. Qərbin, Avropanın “mədəniyyəti”nin toylarıma transfer edilməsi qədimdən gələn toy adətlərimizə öz mıənfi təsirini göstərdi. Hazırda toylarda onun keçirildiyi məkandan tutmuş, orada verilən təamlar, toyu şənləndirən musiqi qruplarına qədər demək olar ki, hər şey Avropalaşıb, milli adət-ənənələr tamamilə yaddan çıxıb.

"Ağdərədə Cocuq Mərcanlıdakı kimi tikinti başlasa, ermənilər bizdən iş istəyəcək"

21 İyun 2017 14:05

"Azərbaycanın iqtisadi cəhətdən güclənməsi torpaqların azad edilməsini şərtləndirir". Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən "Qarabağ saatı"nda deyib.

Bakı metrosunda şıdırğı rəqs - VİDEO

21 İyun 2017 14:04

Gənclərin geyimindən məlum olur ki, 11-ci sinif məzunları orta məktəbi bitirməsi münasibəti ilə bayram edir. Uşaqlar ətrafdakı insanlara fikir vermədən rəqs edirlər. Video "son zəng" günü çəkilsə də bu gün sosial şəbəkədə yayılıb.

DİN 5 yaşlı uşağını zəhərləyən ana ilə bağlı məlumat yaydı

21 İyun 2017 14:01

Daxili İşlər Nazirliyi (DİN) Qusar rayonunda 5 yaşlı uşağın anası tərəfindən öldürülməsi hadisəsi barədə məlumat yayıb. DİN-dən verilən məlumata görə, iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası Gülnara Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.

Sosial islahatlar davam etdirilir

21 İyun 2017 14:00

İyunun 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda komitə  sədri Hadi Rəcəbli bildirib ki, gündəliyə “İşsizlikdən sığorta haqqında” Qanun layihəsi (ikinci oxunuş) daxil edilib.

QMİ "Seyid vəsiqəsi" verən qazıya töhmət verib

21 İyun 2017 13:53

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonundakı qazısı Hacı Mirqiyas Təhməzovun "Seyid vəsiqəsi" verməsi faktı ilə bağlı tədbir görülüb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu məsələ Komitə və QMİ tərəfindən birgə araşdırılıb. Onun sözlərinə görə, həmin qazıya töhmət elan olunub, xəbərdarlıq edilib: "QMİ onun yaşlı olmasını, din sahəsində fəaliyyətini nəzərə alıb, töhmət verməklə kifayətlənib. Təbii ki, bu yolverilməz haldır və həmin şəxs özü də bundan peşman olduğunu bildirib".

ABA: 10 bank kapital çatışmazlığı ilə üzləşib, 4-ü tənzimləyicinin nəzarətindədir

21 İyun 2017 13:52

"Kapital çatışmazlığı ilə üzləşən bankların sayı 10-a yaxındır". Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib. "Kapitalı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilmiş normalara cavab verməyən bankların sayı təxminən 10-a yaxındır. Bilirsiniz ki, bankların təxminən hamısı audit hesabatlarını açıqlayıb. Və buna əsasən deyə bilərik ki, kapital çatışmazlığı olan bankların sayı 10-a çatır. Yerli standartlara əsasən, bankların çoxunda kapital yetərliliyi var, lakin beynəlxalq standartlara əsasən vəziyyət fərqlidir. Yerli maliyyə hesabatlılığına əsasən, bu cür bankların sayı azdır", - deyə Z.Nuriyev qeyd edib.