Argentinada 32-ci dəfə çempion oldular

Futbol üzrə Argentina çempionatının qalibi müəyyənləşib. "Boka Yuniors" klubu mövsümün başa çatmasına iki tur qalmış birinci yeri rəsmiləşdirib. Bu, Buenos-Ayres təmsilçisinin ən yaxın izləyici "Banfild"in XXIX tur çərçivəsində səfərdə San-Lorensoya 0:1 hesabı ilə məğlubiyyətindən sonra dəqiqləşib. Hesabında 59 xal olan "Boka Yuniors" 54 xal toplayan "Banfild" üçün əlçatmaz olub.

"Boka" tarixi ərzində 32-ci çempionluğudur. Ən çox qızıl medallara sahib çıxan kollektiv isə "River Pleyt"dir. Paytaxt klubu 36 dəfə rəqiblərini arxada qoyub. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31