Gündəm
Vəkilləri Vidadi Zeynalova bəraət istəyiblər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.
Gənc ailələrdə ailədaxili münasibətlər müzakirə edilib
Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Xaçmaz rayonunda aidiyyatı dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə “Gənc ailələrdə ailədaxili münasibətlər, milli-mənəvi dəyərlər və müasirlik!” adlı konfrans keçirilib.
“Neft Daşları”nda yeni quyu qazılır
“Neft Daşları” yatağında 602A nömrəli stasionar dəniz özülündən 2670 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1650 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
Ermənistan Azərbaycanın müharibə hüququnu əlindən almağa çalışır
ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti “turist səfəri” başa çatdı. Rusiya, ABŞ və Fransanın orta səviyyəli məmurlarından ibarət qrup Azərbaycan və Ermənistanda, ayaqüstü də olsa da Dağlıq Qarabağda oldular.
Plagiat qalmaqalına faktlarla cavab
Təhsil Nazirliyinin müraciəti əsasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda yaradılmış işçi qrupunun rəyi ilə sizləri tanış edirik. 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi ilə bağlı keçən yazımızın davamı olaraq yeni plagiat nümunələrini, elmi qüsurları və uyğunsuzluqları təqdim edirik.
Kəlbəcər girovu Şuşadan video göndərdi
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Şahbaz Quliyevin yeni videogörüntüləri ailəsinə təqdim olunub. Bu barədə girovun qardaşı İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, qardaşı videoda azyaşlı qızı üçün darıxdığını deyib. "Artıq girovlara məktub yazmırıq. Məktub ləğv olunub. Onların videosunu çəkib bizə göstərirlər. Bizdə öz görüntülərimizi onlara göndəririk. Şahbaz sonuncu dəfə vəziyyətinin normal olduğunu deyimişdi. İndi vəziyyəti bir az yaxşılaşıb. Hamıya salamı var. Dediyinə görə artıq ona işgəncə vermirlər. Şahbaz həyat yoldaşı və qızına da video göndərib. Onlar üçün çox darıxdığını deyib".
Evlilik verilişində azərbaycanlı qızlar oğlan üstündə dalaşdı - VİDEO
"Star TV"də yayımlanan "Zuhal Topalla" izdivaç verilişində namizəd olan azərbaycanlı Əli Əkbər və keçmiş nişanlısı Naz Mila yenidən bir araya gəlib. Cütlük birlikdə qatıldıqları ad günü mərasimində səmimi fotolar çəkdirib və sosial şəbəkədə paylaşıb.
"Sportinq" afrikalı hücumçunu heyətə qatdı
Müqavilə ilə "Roma" klubuna məxsus olan Seydu Dumbiya karyerasını Portuqaliyada davam etdirəcək. 29 yaşlı hücumçu 2017/18 mövsümünü icarə əsasında "Sportinq"də keçirəcək. Lissabon klubu növbəti yay afrikalı forvardı 6 milyon avro qarşılığında daimi transfer etmək imkanına malik olacaq. O, ötən mövsüm "Basel"in şərəfini qorumuşdu. Dumbiyanın "Roma" ilə müqaviləsi 2019-cu ildə başa çatacaq. O, bir neçə gün əvvəl Championship-də çıxış edən "Hall Siti"nin təklifini rədd etmişdi.
Rusiya Ermənistana yeni işğalın YOLUNU GÖSTƏRDİ - TƏHLÜKƏLİ PLAN
“Son günlər Qarabağda baş verən hadisələr yeni müharibə əlamətidir. Artıq növbəti bir il ərzində genişmiqyaslı müharibə başlaya bilər”. Bu barədə MDB İnstitutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.
Qərbin demokratiyası avropalılar üçündür
Yaxın Şərqdə cərəyan edən proseslər regionun yaxın on illərdə heç də sabit bir məkana çevriləcəyindən xəbər vermir. Görünən odur ki, imperialist dövlətlər, dünyanın güc mərkəzləri hazırda Yaxın Şərqdə mövcud olan dövlətlərdən iki qat artıq “dövlət” və dövlətciklər yaratmaq niyyətindədirlər. Yəni, regionda marağı olan hər bir dövlət regionda onun maraqlarına xidmət edəcək tərəfdaş hazırlayır. Artıq bu prosesin icrasına demək olar ki. start verilib. Türkiyə ilə sərhəddə Kürdüstan dövləti yaradılması ideyasının reallığa çevrilməsi istiqamətində Qərb dairələrinin göstərdiyi canfəşanlıq belə deməyə əsas verir. Bir sözlə görünən odur ki, Qərbin uzun illərdən bəzi gedən Şərqi “parçala, böl” siyasəti bu gün də öz axarı ilə davam edir. Elə əksər ekspert və analitiklər də bu qənaətdədirlər.
Aktiv məşğulluq tədbirləri davam etdirilir
Məşğul qabiliyyətli insanların əmək bazarında iş tapması daim problemli məsələlərdən olub. Obyektiv və subyektiv səbələrdən qaynaqlanan bu problemin çözülməsi sonda vətəndaşların boynuna qoyulub. Azərbaycan kimi sosial dövlətlər isə əmək qabiliyyətli hesab olunan vətəndaşlarının işlə təmin edilməsi məqsədilə daim məqsədyönlü tədbirlər həyata keçiriblər.
İrəvan müharibə istəyir
Artıq bir neçə gündür ki, cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı birləşmələri mövqelərimizi iri çaplı silahlardan, minaatanlardan, artilleriyadan atəşə tutmaqla bərabər, cəbhə xətində müntəzəm olaraq təxribata da cəhd göstərir. Bu günlərdə baş verən erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun bir hərbiçisi şəhid olsa da, ancaq düşmən də yol verdiyi təxribata cavab olaraq aöır itkilərlə üzləşdi.
Telefondan narkotik vasitə çıxdı
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar fakt qeydə alınıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, gömrük baxışı zamanı, sözügedən vətəndaşa məxsus pul kisəsində xalis çəkisi 29,129 qram olan metamfetamin adlı psixotrop maddə, mobil telefonun arxa qapağının altında isə 4 ədəd bükümdə, ümumi xalis çəkisi 2,864 qram olan narkotik vasitə – heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Gömrük nəzarətindən gizlədilən 75.000 avro aşkar edildi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gizlin və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Bakı-Almatı aviareysilə getmək istəyən Ukrayna Respublikasının vətəndaşı gömrük nəzarətindən “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl çantası rentgen aparatından keçirilərkən monitorda əsginasların təsviri görünüb.
Şəffaflığın təmin edilməsi vergi orqanlarının ən vacib vəzifələrindəndir
Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın artırılması, sahibkarlara daha əlverişli şərait yaradılması və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində bir sıra dəyişikliklər edilmiş, vergi orqanlarında ciddi islahatlar aparılmışdır.














