Gənc ailələrdə ailədaxili münasibətlər müzakirə edilib
Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Xaçmaz rayonunda aidiyyatı dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə “Gənc ailələrdə ailədaxili münasibətlər, milli-mənəvi dəyərlər və müasirlik!” adlı konfrans keçirilib.
21 İyun 2017 13:40 SosialQadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Xaçmaz rayonunda aidiyyatı dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə "Gənc ailələrdə ailədaxili münasibətlər, milli-mənəvi dəyərlər və müasirlik!" adlı konfrans keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, konfransın keçirilməsində əsas məqsəd, gənc ailələrdə ailədaxili münasibətlər, ailələrdə milli-mənəvi dəyərlərin qorunması, müasirliyin ailələrə gətirdiyi mənfi və müsbət təsirlərin müzakirə edilərək, həlli yollarının araşdırılmasıdır. Konfransı giriş sözü ilə Xaçmaz rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Məsimova açaraq, konfransın əhəmiyyətindən danışmış və gənc ailələrdəki problemlərin həllində ictimaiyyətin rolundan söz açıb. Daha sonra Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin sədri Tünzalə Cavadova da bildirib ki, ailədaxili münasibətlərin sağlam peadqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova deyib ki, ailədaxili münasibətlər kontekstində valideyn-uşaq münasi-bətləri tarixən milli xüsusiyyətlərin tələblərinə uyğun olaraq, eyni zamanda valideynlərin özlərinin düçüncə tərzinə, fərdi xüsusiyyətlərinə uyğun əsaslar üzərində qurulur. Tədbirin gələcəkdə digər rayonlarda da keçirilməsi planlaşdırılır