"Sportinq" afrikalı hücumçunu heyətə qatdı
Müqavilə ilə "Roma" klubuna məxsus olan Seydu Dumbiya karyerasını Portuqaliyada davam etdirəcək. 29 yaşlı hücumçu 2017/18 mövsümünü icarə əsasında "Sportinq"də keçirəcək. Lissabon klubu növbəti yay afrikalı forvardı 6 milyon avro qarşılığında daimi transfer etmək imkanına malik olacaq. O, ötən mövsüm "Basel"in şərəfini qorumuşdu. Dumbiyanın "Roma" ilə müqaviləsi 2019-cu ildə başa çatacaq. O, bir neçə gün əvvəl Championship-də çıxış edən "Hall Siti"nin təklifini rədd etmişdi.
21 İyun 2017 13:27 İdmanMüqavilə ilə "Roma" klubuna məxsus olan Seydu Dumbiya karyerasını Portuqaliyada davam etdirəcək. 29 yaşlı hücumçu 2017/18 mövsümünü icarə əsasında "Sportinq"də keçirəcək. Lissabon klubu növbəti yay afrikalı forvardı 6 milyon avro qarşılığında daimi transfer etmək imkanına malik olacaq. O, ötən mövsüm "Basel"in şərəfini qorumuşdu. Dumbiyanın "Roma" ilə müqaviləsi 2019-cu ildə başa çatacaq. O, bir neçə gün əvvəl Championship-də çıxış edən "Hall Siti"nin təklifini rədd etmişdi. Goal.az