Gündəm
Komitə sədri: “QMİ tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur”
“Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur. Buna görə o, qanun qarşısında cavab verəcək”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Daşkəsəndə ana və körpəsinin qətli ilə bağlı cinayət işi başlanıb, şübhəli şəxs axtarılır - YENİLƏNİB
Daşkəsəndə törədilən dəhşətli qətllə bağlı cinayət işi başlanıb. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Ermənistanın ərəb “sevgisi”
İşğalçı Ermənistan da Yaxın Şərqdə cərəyan edən proseslərdə bu və ya digər fomada iştirak etmək niyyətinə düşüb. Ancaq Yerevan həmişəki kimi bu dəfə də diplomatik sahədə atmış olduğu addımlarını hansısa dövlətə xoş getmək, yaxud bunun müqabilində müəyyən dividentlər götürmək istəyi ilə reallaşdırır. Elə bu günlərdə işğalçı ölkənin xarici işlər naziri Eldvard Nalbəndiyanın Qətərə reallaşdırdığı səfər də məhz qeyd edilən məqamlara hesablanıb.
Sergey Markov: Minsk qrupu və Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinin böyük sülh sazişinə nail olmasına çalışır
Bu gün dünya siyasəti müəyyən çalxalanma yaşayır və bu, hamıya təsir edir. Bunu jurnalistlərə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib. Onun sözlərinə görə, hazırda Bakı və Moskva arasında müxtəlif sahələrdə - hərbi sahədən turizm və kənd təsərrüfatı sahələrinədək – münasibətlərin möhkəmləndirilməsi davam edir.
Siyasi şərhçi: “Formula-1 turist axınının güclənməsinə səbəb olacaq”
“İstər qlobal, istərsə də regional səviyyəli mədəni-kütləvi tədbirlərin, iqtisadi forumların, idman yarışlarının hər hansı ölkədə keçirilməsi birmənalı şəkildə o ölkənin reklamına böyük töhfə vermiş olur”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Rusiyanın ermənipərəst mövqeyinin Gizli məqamları
"Dağlıq Qarabağın tənzimlənməsində cəmiyyətin aktiv tərəfinin iştirakına ehtiyac var. Çünki bu, təkcə iki dövlət arasında gedən münaqişə deyil, dünya ermənilərinin dünya Azərbaycanlılarına elan etdiyi müaribədir. Azərbaycanlılar da sevindiricidir ki, onlara layiqli cavab verir".
Tağı Əhmədov Akif Çovdarovun məhkəməsində ifadə verib - YENİLƏNİB
Prosesdə T. Əhmədov dindirilib. İclasdan sonra T. Əhmədov jurnalistlərə açıqlama verməyib və sualları cavablandırmayıb. O, "sağ olun" deməklə kifayətlənib. Zərərçəkmiş şəxslər isə bildiriblər ki, Akif Çovdarov iclasda geniş ifadə verib. Vəkillər ondan hansısa tələblərinin olub-olmamasını soruşublar. O, dəymiş ziyanın ödənilməsini istəyib:"Leyli Məcnunu hamı oxuyub. Orada Məcnun nə istəyir hamı bilir. Mən də verdiyim pulu Akif Çovdarovdan istəyirəm. Mən Eldar Mahmudovun köməkçisi ilə danışırdım. O, bildirdi ki, mənə nəzarəti Akif Çovdarova tapşırıblar. Bundan sonra Akif Çovdarov məndən bahalı maşınlar almağımı istədi ".
Xalid Əhədov: “ABB-nin Rusiya və Gürcüstandakı törəmələri sağlamlaşdırma prosesindən keçib”
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Rusiya (“ABB-Moskva”) və Gürcüstandakı (“ABB-Gürcüstan”) törəmələri sağlamlaşdırma prosesindən keçib”. Bunu ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.
Beynəlxalq Bankın rəhbəri restrukturizasiya planı ilə bağlı gözləntilərini açıqlayıb
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov xarici öhdəliklərin restrukturizasiya planına edilən dəyişikliklərin investorlar tərəfindən müsbət qarşılanacağına ümid edir.
Komitə sədri: "Rəsmi nikah olmadan kəbin kəsən din xadimi cəzalandırılacaq"
"Azərbaycanda rəsmi nikah olmadan dini nikahın bağlanması qanunsuzdur. Bunu edən din xadimi cəzalandırılacaq". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
DİM sədri: "Dövlət qulluqçularının əmək kitabçaları ilə reyestrdə olan məlumatlar arasında uyğunsuzluqlar aşkarlanıb"
“Dövlət qulluğuna dair qanunvericiliyin icrası vəziyyətinin mütəmadi öyrənilməsi Dövlət İmtahan Mərkəzinin (DİM) əsas vəzifələrindən biridir. Bununla bağlı, dövlət reyestrinə daxil edilmiş məlumatların öyrənilməsi zamanı bir sıra dövlət orqanları tərəfindən dövlət qulluqçuları haqqında məlumatları dövlət reyestrinə vaxtında, tam və ya düzgün daxil edilmədiyi müəyyən edilib”.
"Ordumuzun gücü artıq beynəlxalq aləmdə nəzərə alınır"
“Azərbaycanda Müdafiə Nazirliyi 1991-ci ilin oktyabrında yaradılsa da, Ulu Öndər hakimiyyətə gələnə qədər ölkəmizdə Müdafiə Nazirliyinin, Azərbaycan ordusunun sadəcə kağız üzərində adı var idi. Ordu quruculuğu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladı və qısa müddətdə orduda vahid komandanlıq bərpa olundu. Müxtəlif siyasi xətlərə, qruplara tabe olan silahlı birləşmələr ləğv olundu və Azərbaycan ordusu yaradılmağa başladı”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.
Komitə sədri: "Gürcüstan tərəfinin narazılığına səbəb olmuş süjet efirdən çıxarılıb"
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı Qax rayonu Qax İngiloy kəndindəki Müqəddəs Georgi kilsəsində ARB telekanalı tərəfindən aparılan çəkilişə Gürcüstan tərəfinin etiraz müraciətinə münasibət bildirib. M. Qurbanlı bildirib ki, bununla bağlı Dini Komitəyə də Gürcüstan tərəfdən müraciət olunub.
Moldova prezidenti Azərbaycana gəlir
Moldova prezidenti İqor Dodon Azərbaycana səfər edir. Azərbaycana gələn nümayəndə heyətinin tərkibinə Sosialistlər partiyasının sədri Zinadia Qreçanıy və Qaqauz muxtariyyətinin başqanı İrina Vlax daxildir.
"Arsenal"dan türk futbolçuya görə 30 milyon avro
"Arsenal" Arda Turanın xidmətlərindən maraqlıdır. "Topçular" 30 yaşlı yarımmüdafiəçini 30 milyon avroya sıralarına qatmağa ümid edir. Onunla "İnter" və bəzi Çin klubları da maraqlanır.












