Gündəm
Qadını həyatdan soyudan, enerjisini öldürən 10 MƏQAM
Qadın yalnız o zaman həqiqətən xoşbəxt olur ki, o, ilk növbədə özünü ifadə və təsdiq edə bilir. Yalnız bundan sonra o, həm ana kimi, həm cəmiyyətin üzvü kimi, həm də istənilən peşənin sahibi kimi özünü təsdiq edə bilir və bu dünyadakı mövqeyini müəyyənləşdirir.
Ermənilər 125 dəfə atəşkəsi pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan (4 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.
Erməni kəşfiyyatçısı ələ keçdi
İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Gənclər üçün məlumat turu təşkil edilib
Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Bakı Neft Emalı Zavodunda keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, məlumat turunda Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Leyla İsrəfilova və Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Məlumat turu zamanı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun strukturu və fəaliyyəti istiqamətləri haqqında ətraflı məlumat verilib, zavodun ərazisində yerləşən əsas istehsal qurğuları və Zavodda olan Heydər Əliyev muzeyi ilə tanışlıq olub. İştirakçılar həmçinin, zavod tərəfindən gənclərlə birgə keçirilən layihələr haqqında məlumat əldə ediblər və turun sonunda zavodun 60 illik yubileyinə həsr olunmuş video-çarx nümayiş olunub. Eyni zamanda, tur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
BNA uşaqlar üçün təlim təşkil edib
Bakı Nəqliyyat Agentliyinin “Uşaqlarla Bir Yoldayıq” layihəsi çərçivəsində "Mən yaşamaq istəyirəm!" adlı tədbir keçirilib. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, leykemiya ilə mübarizə İctimai Birliyinin təklifi ilə həyata keçirilən tədbirdə leykemiya xəstəliyindən əziyyət çəkən və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda müalicə alan uşaqlar üçün təlimlər təşkil edilib.
195 nəfər əlilliyi olan şəxs istirahətə göndərilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən son üç gündə 195 nəfər əlilliyi olan şəxs ölkəmizin səfalı güşələrinə istirahətə yola salınıb. Həmin şəxslərdən 65 nəfər Lənkəran, 80 nəfər Xaçmaz və 50 nəfər Quba rayonundakı istirahət mərkəzlərində dincələcəklər.
Ronaldu həbsdən qaçmaq üçün...
"Real"ın hücumçusu Kriştianu Ronaldu həbs olunmamağa çalışır. Vergidən yayınmaqda ittiham edilən portuqaliyalı borcunu ödəməyə hazırdır. Belə ki, 2011-2014-cü illər aralığında 14,8 milyon avro vergini gizlətdiyi iddiası ilə məhkəməyə çağırılan 32 yaşlı forvard həmin məbləği ödəmək qərarına gəlib. O, bu yolla hakimin qərarının yumşalacağını düşünür.
Bakıda güclü partlayışla bağlı rəsmi məlumat- YENİLƏNİB
Bu gecə Səbaildə ər-arvadın qaz partlayışı zamanı xəsarət alması ilə bağlı bəzi təfərrüatlar məlum olub. "Azəriqaz" QSC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev açıqlamasında bildirib ki, hadisə blokda deyil, mənzilin dəhlizində olub.
Dini məbədlərdə çəkiliş aparılması ilə bağlı MTRŞ və Mətbuat Şurasına müraciət
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini məbədlərdə çəkilişlərin aparılması ilə bağlı Milli Televiziya və Radio Şurasına və Mətbuat Şurasına məktub ünvanlayıb.
İki nazir müavini işdən çıxarıldı
Naxçıvan Muxtar Respublikasında iki nazir müavini vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncamlar imzalayıb.
Nazirin qardaşı məhkəməyə gətiriləcək - Dələduzluq işi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə sədrlik edən hakim Şəkər Məmmədova bildirib ki, zərərçəkmiş Əlikram Camalov prosesə gəlməyib, məhkəmədə onun nümayəndəsi İmaməli Əsgərov iştirak edir.
Türkiyədə ticarət mərkəzində yanğın
Türkiyənin İzmir əyalətində ticarət mərkəzlərinin birində yanğın baş verib. Hadisə nəticəsində xəsarət alanlar olmayıb. Yanğın səhər saatlarında başlayıb və bir müddət sonra qarşısı tamamilə alınıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
"Hacıkəndə dəymiş ziyan hesablanır"
Dünən axşam saatlarında Gəncənin Hacıkənd qəsəbəsinə yağan leysan yağışı və dolu nəticəsində 116 evə ziyan dəyib. Bu barədə Hacıkəndin icra nümayəndəsi Hümbət Hüseynov məlumat verib. Onun sözlərinə görə, hazırda sakinlərə dəymiş ziyan hesablanır: "116 evin dam örtüyü dağılıb. Maşınlara, fərdi təsərrüfat sahələrinə ciddi ziyan dəyib. Hazırda qəsəbədə iş aparılır, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub. Dəyimiş ziyan müəyyən edilir. Ziyanın məbləği araşdırma bitdikdən sonra məlum olacaq".
Dənizdən 4 meyit tapıldı
İstanbulda son 10 gün ərzində baş verənlər əhalini qorxuya salıb. Son 10 gün ərzində İstanbulun müxtəlif bölgələrində dənizdən kimliyi bəlli olmayan 4 insan cəsədi çıxarılıb.
Belçika polisi vağzaldakı insidenti terror adlandırdı
Belçikanın Federal Prokurorluğu Brüsselin vağzalında baş vermiş insidenti terror aktı kimi qiymətləndirib. Bununla bağlı prokurorluğun rəsmisi Erik Van der Sipt bildirib. "Bu insident terror aktı kimi qiymətləndirilir" – deyə prokurorluğun nümayəndəsi qeyd edib.














