Gənclər üçün məlumat turu təşkil edilib
Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Bakı Neft Emalı Zavodunda keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, məlumat turunda Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Leyla İsrəfilova və Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Məlumat turu zamanı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun strukturu və fəaliyyəti istiqamətləri haqqında ətraflı məlumat verilib, zavodun ərazisində yerləşən əsas istehsal qurğuları və Zavodda olan Heydər Əliyev muzeyi ilə tanışlıq olub. İştirakçılar həmçinin, zavod tərəfindən gənclərlə birgə keçirilən layihələr haqqında məlumat əldə ediblər və turun sonunda zavodun 60 illik yubileyinə həsr olunmuş video-çarx nümayiş olunub. Eyni zamanda, tur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
21 İyun 2017 12:18 SosialGənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Bakı Neft Emalı Zavodunda keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, məlumat turunda Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Leyla İsrəfilova və Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Məlumat turu zamanı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun strukturu və fəaliyyəti istiqamətləri haqqında ətraflı məlumat verilib, zavodun ərazisində yerləşən əsas istehsal qurğuları və Zavodda olan Heydər Əliyev muzeyi ilə tanışlıq olub. İştirakçılar həmçinin, zavod tərəfindən gənclərlə birgə keçirilən layihələr haqqında məlumat əldə ediblər və turun sonunda zavodun 60 illik yubileyinə həsr olunmuş video-çarx nümayiş olunub. Eyni zamanda, tur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Leyla İsrəfilova deyib ki, məlumat turunun nəticəsi olaraq Milli Şura ilə Bakı Neft Emalı Zavodun gələcək illərdə gənclərimiz üçün birgə əməkdaşlıq edəcək.
Milli Şuranın üzvü olan "Azərbaycan-Slavyan Gənclər Assosiasiyası" İctimai Birliyinin sədri Səbuhi Abbasov bildirib ki, Məlumat Turları Gənclər Təşkilatlarının maariflənməsi və yeni sosial həyatda baş verən ictimai reaksiyamızın formalaşmasında mühüm rola malikdir.