Gündəm

İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum etdi

21 İyun 2017 11:50

Filippində İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum ediblər. Hadisə ölkənin cənubunda baş verib. Hələlik hüquq-mühafizə orqanları hücum zamanı yaralananlar və ya ölənlərin olub-olmaması barəsində ətraflı məlumat vermir.

Ancelina Colinin seksual zorakılıqla bağlı təsirli çıxışı

21 İyun 2017 11:48

Dünən iyunun 20-də, BMT Baş Assambleyası tərəfindən elan edilmiş Ümumdünya Qaçqınlar günündə Ancelina Coli Keniyaya səfər edib.  2012-ci ildə BMT-nin qaçqın işləri üzrə Ali komissarının xüsusi elçisi təyin olunan aktrisa zorakılıq probleminə diqqəti cəlb etmək üçün Afrika dövlətini ziyarət edib. 

2 yaşlı oğlunun şəklini paylaşdı: "1000 "like" gəlməsə, 15-ci mərtəbədən tullayacam"

21 İyun 2017 11:44

Əlcəzairdə baş verən dəhşətli hadisə dünya mediasında geniş müzakirələrə səbəb olub. 2 yaşlı oğlunu 15-ci mərtəbədən sallayan ata 2 il müddətinə azadlıqdan məhrum edilib. 

Poroşenko Moskvaya qarşı zəmanətlə qayıdır: Ağ Evdə TRİUMF

21 İyun 2017 11:38

Ukrayna prezidenti Pyotr Poroşenko amerikalı həmkarı Donald Trampın Rusiya ilə əlaqəsinə inanmır. Ukrayna liderinin fikrincə, Tramp Kiyevlə “möhkəm dostdur”.

Diri-diri basdırılan biznesmenlə bağlı yeni xəbər - ŞOK TƏFƏRRÜAT

21 İyun 2017 11:36

Moskvada qəbiristanlıqda diri-diri basdırılan azərbaycanlı iş adamı Hikmət Salayevlə bağlı yeni xəbər var. Salayevi oğurlayıb basdıranlardan 3 nəfəri həbs edilib. Rusiya DİN-in sözçüsü İrina Volkun bildirdiyinə görə, onlardan ikisi Moskvada, bir nəfəri isə Dağıstanda Azərbaycanla sərhəddə saxlanılıb. İrina Volkun dediyinə görə, ilkin dindirmə zamanı məlum olub ki, Salayev "Lotu Quli"nin sifarişi ilə oğurlanıbmış. Saxlanılanlar ilkin dindirmə zamanı sifarişin məhz "Quli"dən aldıqlarını etiraf ediblər.

Felipe Massa: “Bakıdakı unikal trekə yenidən qayıtmağı səbrsizliklə gözləyirəm”

21 İyun 2017 11:34

“Mən həqiqətən də gözəl bir ölkəyə və Bakıda şəhərin tam mərkəzində yerləşən unikal trekə yenidən qayıtmağı səbrsizliklə gözləyirəm”. Bunu Formula 1 üzrə Azərbaycan Qran Prisində mübarizə aparacaq “Williams” komandasının sürücüsü Felipe Massa deyib.

"Qarabağ"ın rəqibindən əzmkar qələbə

21 İyun 2017 11:29

Gürcüstan çempionatında XVIII tura start verilib. "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Samtredia" öz meydanında "Dila"nı qəbul edib. Matçın gedişində qonaqlar iki dəfə hesabda önə keçmələrinə baxmayaraq, bərabərliyi təmin edən Gia Tsetzadzenin yetirmələri son 10 dəqiqədə məğlubiyyətdən qaçmaq bir tərəfə, hətta qələbə də qazana bilib. Belə ki, öncə 81-ci dəqiqədə status-kvonu bərpa edən "Samtredia" rəqibin meydanda azlıqda qalmasından yararlanaraq, 88-ci dəqiqədə 3 xalı gətirən qolu vurub. Bu qalibiyyət sayəsində turnir cədvəlində 3-cü pillədəki mövqeyini möhkəmlədən Azərbaycan çempionunun rəqibinin aktivində 33 xal var.

Yaponiyada 197 min sakin təxliyə xəbərdarlığı aldı - SƏBƏB?

21 İyun 2017 11:28

Yaponiyanın Sidzuoka prefekturasında Xamamatsu şəhərində 197 mindən artıq sakin təxliyə olunmaqla bağlı tövsiyə alıb. Bu barədə şəhərin inzibati idarəsi məlumat yayıb. Şəhər rəhbərliyi tərəfindən təxliyyə tövsiyəsi güclü yağışlar səbəbindən verilib. Belə ki, güclü yağışlar nəticəsində prefektura ərazisində çayların daşması təhlükəsi yaranıb. Bundan başqa Sakit okean sahillərində də 30 min sakin eyni səbəbdən təxliyyə tövsiyəsi alıb. 

İran Suriyaya raket zərbələri endirdi - Ölənlər var

21 İyun 2017 11:27

İranın İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirməsi nəticəsində azı 65 terrorçu məhv edilib. Bu barədə İslam İnqilabının Keşikçiləri Korpusunun yaydığı bəyanatda bildirilib.

Bakıda insident: təcili yardıma getmiş qadın həkimi döydülər

21 İyun 2017 11:19

Bakıda həkim döyülüb.  5 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 48 yaşlı Fəridə Məmmədova polisə müraciət edərək bildirib ki, yardıma getdiyi xəstənin yaxını tərəfindən döyülüb.

ABŞ-da 60 reys təxirə salındı - Təyyarələr istidən uça bilmir

21 İyun 2017 11:15

ABŞ-ın qərbində dəhşətli istilər fəsadlar yaradıb. İstilər səbəbindən Arizona ştatının Finiks şəhər aeroportunda onlarla reys təxirə salınıb. "American Airlines" aviaşirkəti aviareyslərin təxirə salınmasını sərnişin təyyarələrinin texniki göstəriciləri ilə izah edib.

Peresdən Neymar etirafı

21 İyun 2017 11:13

"Real"ın prezidenti Florentino Peres "Barselona"nın futbolçusu Neymarla bağlı etiraf edib. Peres Neymarı transfer etmək istədiklərini, ancaq buna nail olmadıqlarını deyib: "Neymar 2013-cü ildə "Real"da tibbi baxışdan da keçdi. Biz onu Madridə gətirmək üçün çox cəhd göstərdik. Amma sonradan bunun real olmadığını görüb, istəyimizdən vaz keçdik". 

Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində işləyəcək

21 İyun 2017 11:11

Bakı Beynəlxalq Avtovağzalı qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib. Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 23-dən 28-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədi ilə həmin günlərdə 200 ehtiyat avtobusun ayrılması nəzərdə tutulub.

Terrorçular məktəbliləri girov götürdü

21 İyun 2017 11:10

Radikal islamçılar Filippində məktəblərdən birinə hücum ediblər. Terrorçular bir neçə şagirdi girov götürüb. Polisin məlumatına əsasən hücumda 300-ə yaxın silahlı şəxs iştirak edib.

Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib

21 İyun 2017 11:08

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.