Felipe Massa: “Bakıdakı unikal trekə yenidən qayıtmağı səbrsizliklə gözləyirəm”

“Mən həqiqətən də gözəl bir ölkəyə və Bakıda şəhərin tam mərkəzində yerləşən unikal trekə yenidən qayıtmağı səbrsizliklə gözləyirəm”. Bunu Formula 1 üzrə Azərbaycan Qran Prisində mübarizə aparacaq “Williams” komandasının sürücüsü Felipe Massa deyib.

"Mən həqiqətən də gözəl bir ölkəyə və Bakıda şəhərin tam mərkəzində yerləşən unikal trekə yenidən qayıtmağı səbrsizliklə gözləyirəm". Bunu Formula 1 üzrə Azərbaycan Qran Prisində mübarizə aparacaq "Williams" komandasının sürücüsü Felipe Massa deyib.

Pilot vurğulayıb ki, Bakıdakı yarışda yüksək xal qazanmağa çalışacaqlar: "Bakı Şəhər Halqasında çox sayda 90 dərəcəli döngələr və 16-cı döngədən başlayaraq 1-ci döngəyədək davam edən uzun sürətlənmə düzlüyü var. Burada biz olduqca yüksək sürətə çıxırıq. Ötən il Bakıdakı yarışda 2 xal qazanmışdıq. Kanadada yarışı erkən başa vurmağımdan sonra ümid edirəm ki, biz bu il burada yaxşı nəticə göstərərək daha yüksək xal əldə edəcəyik". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31