Gündəm

Fransanın ədliyyə naziri də hökumətdən getdi

21 İyun 2017 11:06

Fransanın ədliyyə naziri Fransua Bayru müdafiə naziri Silvi Quların ardınca hökumətdən getmək barədə qərarını bəyan edib. Trend-in məlumatına görə, o, "MoDem" ("Demokratik hərəkat") partiyasının rəhbəridir və hazırda partiya üzvlərinin Avropa Parlamentinə işə düzəldilməsi ilə bağlı araşdırma aparılır.

“Üçüncü günün adamı” təqdim olunacaq

21 İyun 2017 10:57

İyunun 30 – da Nizami Kino Mərkəzində Babək Şirinsifətin “Üçüncü günün adamı” bədii filminin təqdimatı keçiriləcək. Kinostudiyadan “Olaylar” – a bildirilib ki, “Üçüncü günün adamı” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Film Qarabağ mövzusundadır. Uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət öz arzusuna çatır – ata-anasının qəbirlərini ziyarət edə bilir.

“Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının geniş elmi müzakirəsi

21 İyun 2017 10:13

İyunun 20-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İns­ti­tutunda Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevlə görüş keçirilib. Tədbir çərçivəsində alimin yeni çapdan çıxmış “Kitabi-Dədə Qorqud” po­eti­ka­sına giriş” kitabının müzakirəsi olub. Akademiyadan “Olaylar” – a bildirilib ki, AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə baş tutan görüşdə bu elmi müəssisənin direktoru, akademik Muxtar İmanov Kamal Abdullayevin bədii, elmi və ictimai-siyasi fəaliyyəti, alimin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatları barədə məlumat verib.

Türkiyədə növbəti terror

21 İyun 2017 09:59

Türkiyənin Qaziantep bölgəsində yerləşən alış-veriş mərkəzlərindən birində atışma olub. Ticarət mərkəzinin qarşısında 2 nəfər naməlum şəxs bayram alış-verişi edən insanlara atəş açıb. Motosikletli şəxslər xüsusilə insanların çox olduğu giriş və çıxışlarda ov tüfəngindən dəfələrlə atəş açıblar.

Qarabağ Regional Bilik Evi şəhid Əli Vəliyevin anım gününü qeyd edi

21 İyun 2017 08:16

Qarabağ Regional Bilik Evi Tərtər Rayon İcra hakimiyyəti və Seydimli kənd körpələr evi-uşaq bağçası ilə birgə şəhid Əli Vəliyevin adını daşıyan kənd bağçasında onun anım gününü qeyd ediblər. Bilik Fondundan "Olaylar" - a bildirilib ki, tədbirə şəhidin ailəsi və doğmaları ilə birgə kənd sakinləri də qatılıblar. Şəhidin xatirə lövhəsinin qarşısına gül-çiçək dəstələri qoyulduqdan sonra Seydimli kənd körpələr evi-uşaq bağçasının müdiri Hicran Hüseynova tədbirə gələnləri salamlayaraq, şəhid Əli Vəliyevin həyatı və keçdiyi döyüş yolundan danışıb. Qeyd olunub ki, Əli Vəliyev 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olub, həmin il iyunun 13-də Ağdərə rayonunun kəndləri uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanıb və şəhid olub.

Müğənni  qəzaya düşdü

21 İyun 2017 08:10

Türkiyənin məşhur müğənnisi Ferhat Göçer avtomobil qəzasına düşüb. Tanınmış ifaçı Ankarada verəcəyi konsertə gedərkən qəzaya uğrayıb. Maşına ciddi zərər dəysə də, ifaçının səhhətində heç bir problem yaranmayıb.

Belçikada terror

21 İyun 2017 08:06

Belçikanın Federal Prokurorluğu Brüsselin vağzalında baş vermiş insidenti terror aktı kimi qiymətləndirib. Bununla bağlı prokurorluğun rəsmisi Erik Van der Sipt bildirib. "Bu insident terror aktı kimi qiymətləndirilir" – deyə prokurorluğun nümayəndəsi qeyd edib.

Gəncə sakini üzərinə benzin töküb özünü yandırdı

20 İyun 2017 20:06

Gəncə şəhərində yerli sakin özünü yandırıb. Şəhər sakini, 1979-cu il təvəllüdlü  Azər Fəxrəddin oğlu Hacıyev üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan A.Hacıyev Xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır. 

“Airbus” uçan taksisini dünyaya təqdim etdi

20 İyun 2017 20:00

Dünya aviainşaatında lider şirkətlərdən biri olan “Airbus” “Vahana” adlanan pilotsuz uçan aparatın konseptini təqdim edib.  İxtiraçının ideyasına əsasən, adıçəkilən nəqliyyat vasitəsi hava taksisi funksiyasını yerinə yetirəcək. Kompüter qrafikasının köməyi ilə sıravi sərnişinin ”Vahana” taksisində gedişinin videosu yaradılıb. Sərnişin rolunda çıxış edən videoçarxın baş qəhrəmanı 100 kilometr məsafəni 18 dəqiqəyə qət edib. Həmin marşrut üzrə yerüstü gediş isə trafikin yüklənməsi səbəbindən 1 saat yarımdan az çəkməzdi. 

Məşhur cütlük 10 milyonluq ev aldı

20 İyun 2017 19:48

Müğənni Mila Kunislə həyat yoldaşı Eşton Katçer Santa-Barbarada 10 milyon dollarlıq yay evi alıblar.  Okean sahilində yerləşən villanın 6 yataq, 6 hamam otağı, idman zalı və xüsusi çimərliyi var. Məşhur cütlüyün evi klassik Kaliforniya üslubunda tikilib. 

Kimyəvi silahı neytrallaşdıra bilən qoruyucu parça yaradılıb

20 İyun 2017 19:43

Kimyəvi silah kütləvi qırğın silahlarının ən təhlükəli növlərindən biri sayılır. İlk vaxtlarda kimyəvi silah insana tənəffüs yolu vasitəsilə zərər vurduğu halda, müasir nümunələr son dərəcə təhlükəlidir. Belə silahın tətbiqinin qadağan edilməsinə baxmayaraq, bu o demək deyil ki, ona qarşı müdafiə vasitələri yaratmağa ehtiyac yoxdur. Belə ki, yaradılmış yeni parça növü zəhərləyici maddələri neytrallaşdırmaq qabiliyyətinə malikdir.

Hakerlər elektron siqaretin köməyilə fərdi kompüterlərə müdaxilə edə bilərlər

20 İyun 2017 19:39

Londonda keçirilmiş “BSides” konfransında informasiya təhlükəsizliyi üzrə ekspert Ross Bevinqton elektron siqaretin köməyilə kompüterə müdaxiləni nümayiş etdirib.

“Viber” messencerində yeni funksiyalar istifadəyə verilib

20 İyun 2017 19:34

Populyar “Viber” messencerinin yeni yeniləməsi artıq sınaq mərhələsini geridə qoyaraq “iOS” və “Android” platformaları üçün əlçatandır. Bu yeniləmədə bir neçə yeni faydalı funksiya istifadəyə verilib. Məsələn, lazımi informasiyanı bilavasitə messencerdə axtarmaq mümkündür. İndi “Viber” messenceri vasitəsilə “YouTube” videohostinqində videonu izləmək və sonra həmin çarxı dostlara göndərmək mümkündür.

Madonnadan inanılmaz jest: Övladlığa götürdüyü Devid üçün elə bir şey etdi ki...

20 İyun 2017 19:29

Məşhur müğənni Madonna övladlığa götürdüyü oğlu Devid Bandanın "Benfika" futbol klubunun aşağı yaş qrupları komandasında oynaması üçün Portuqaliyada 5 milyon paund (10 milyon 726 min manat) dəyərində ev alıb.