İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum etdi

Filippində İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum ediblər. Hadisə ölkənin cənubunda baş verib. Hələlik hüquq-mühafizə orqanları hücum zamanı yaralananlar və ya ölənlərin olub-olmaması barəsində ətraflı məlumat vermir.

Bundan əvvəl məlum olub ki, ABŞ-ın xüsusi təyinatlıları Filippinin silahlı qüvvələrinə İŞİD-lə əlaqəsi olan silahlıların ələ keçirdiyi Maravi şəhərini azad etməyə kömək edib. Filippinin hökumət qüvvələrinin terrorçularla döyüşü 1 ay davam edib. Bu müddət ərzində 257 terrorçu zərərsizləşdirilib. Eyni zamanda 62 hərbçi və 26 dinc sakin həlak olub. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31