Belçika polisi vağzaldakı insidenti terror adlandırdı

Belçikanın Federal Prokurorluğu Brüsselin vağzalında baş vermiş insidenti terror aktı kimi qiymətləndirib. Bununla bağlı prokurorluğun rəsmisi Erik Van der Sipt bildirib. "Bu insident terror aktı kimi qiymətləndirilir" – deyə prokurorluğun nümayəndəsi qeyd edib.

Belçikanın Federal Prokurorluğu Brüsselin vağzalında baş vermiş insidenti terror aktı kimi qiymətləndirib. Bununla bağlı prokurorluğun rəsmisi Erik Van der Sipt bildirib. "Bu insident terror aktı kimi qiymətləndirilir" - deyə prokurorluğun nümayəndəsi qeyd edib.

Qeyd edək ki, Belçika polisi mərkəzi vağzalda kamikadzeni zərərsizləşdirib. Yerli mətbuat Belçika hərbçilərinin vağzalda naməlum kişini güllələdiklərini bildiriblər. Məlumata görə, onun üzərində partladıcı kəmər olub. Publika.az "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31