Rusiyanın ermənipərəst mövqeyinin Gizli məqamları

"Dağlıq Qarabağın tənzimlənməsində cəmiyyətin aktiv tərəfinin iştirakına ehtiyac var. Çünki bu, təkcə iki dövlət arasında gedən münaqişə deyil, dünya ermənilərinin dünya Azərbaycanlılarına elan etdiyi müaribədir. Azərbaycanlılar da sevindiricidir ki, onlara layiqli cavab verir".

"Dağlıq Qarabağın tənzimlənməsində cəmiyyətin aktiv tərəfinin iştirakına ehtiyac var. Çünki bu, təkcə iki dövlət arasında gedən münaqişə deyil, dünya ermənilərinin dünya Azərbaycanlılarına elan etdiyi müaribədir. Azərbaycanlılar da sevindiricidir ki, onlara layiqli cavab verir". Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən "Qarabağ saatı"nda deyib. Onun sözlərinə görə, bəzi qüvvələr problemin həllinə mane ola bilərlər, lakin həmin qüvvələr bilməlidirlər ki, Azərbaycanın mövqeyi dəyişməz və sarsılmazdır: "Bizim sağ və solumuzda olan dövlətlərin burada rolu böyükdür. ATƏT-in Minsk qrupu Rusiya deməkdir. Rusiya Minsk qrupunda dominant rolundan istifadə edir. Rusiyanın XİN başçısı Lavrov kompramislərin mümkünlüyündən danışsa da bildirdi ki, bu, Dağlıq Qarabağda yaşayanları narahat etməməlidir. Bu Ermənistanın ürəyincədir. Lakin Rusiya belə addımı Ermənistanın qarşısına hər hansı məqsəd qoyan zaman edir. Yeni məlumata görə, Rusiya Ermənistanda ikinci hərbi bazasını yaratmaq istəyir. Əgər bunu edə bilməsə də mövcud bazasını genişləndirməyə çalışacaq. Ermənistan Rusiyanın ikinci hərbi baza yaratmasına razı deyil. Eyni zamanda İrəvan hərbi bazanın gücləndirilməsini də istəmir. Ermənistan başa düşür ki hərbi bazanın artırılması qarşıdan İran və ABŞ-la problem yarada bilər. Bu baxımdan Rusiyanın hazırda ermənipərəst mövqeyinin arxasında bu məqam dayanır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31