Beynəlxalq Bankın rəhbəri restrukturizasiya planı ilə bağlı gözləntilərini açıqlayıb
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov xarici öhdəliklərin restrukturizasiya planına edilən dəyişikliklərin investorlar tərəfindən müsbət qarşılanacağına ümid edir.
21 İyun 2017 12:47 İqtisadiyyatAzərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov xarici öhdəliklərin restrukturizasiya planına edilən dəyişikliklərin investorlar tərəfindən müsbət qarşılanacağına ümid edir. Bankir bildirib ki,restrukturizasiya planının uğurla icra olunacağına ümidlidir: "Gözləntilərimiz müsbətdir. İyulun 18-də səsvermə prosesi keçiriləcək. Daha sonra texniki icra mərhələsinə başlanacaq". X. Əhədov qeyd edib ki, restrukturizasiya planına əsasən bütün kreditorlar üçün eyni hüquqlar təmin olunacaq və bu zaman ikili yanaşmaya yol verilməyəcək. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31