Daşkəsəndə ana və körpəsinin qətli ilə bağlı cinayət işi başlanıb, şübhəli şəxs axtarılır - YENİLƏNİB

Daşkəsəndə törədilən dəhşətli qətllə bağlı cinayət işi başlanıb. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Daşkəsəndə törədilən dəhşətli qətllə bağlı cinayət işi başlanıb. Rayon Prokurorluğundan  verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib. Hazırda hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərovun yerinin müəyyənləşdirilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Prokurorluqdan həmçinin bildirilib ki, R. Ələkbərov qətlə yetirdiyi qadınla qeyri-rəsmi nikah münasibətlərində olub. 

***
Daşkəsən rayonunda ana və azyaşlı övladının meyiti tapılıb. Hadisə rayonunun Şahvələdli kəndində qeydə alınıb. Kənd sakini 37 yaşlı Kəmalə Məmmədova və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb. Qadının üzərində xəsarət izləri var, onun və körpəsinin qətlə yetirildiyi bildirilir. Qətlin qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov tərəfindən törədildiyi  ehtimal olunur. Hazırda R. Ələkbərov axtarılır. Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31