Ermənistanın ərəb “sevgisi”

İşğalçı Ermənistan da Yaxın Şərqdə cərəyan edən proseslərdə bu və ya digər fomada iştirak etmək niyyətinə düşüb. Ancaq Yerevan həmişəki kimi bu dəfə də diplomatik sahədə atmış olduğu addımlarını hansısa dövlətə xoş getmək, yaxud bunun müqabilində müəyyən dividentlər götürmək istəyi ilə reallaşdırır. Elə bu günlərdə işğalçı ölkənin xarici işlər naziri Eldvard Nalbəndiyanın Qətərə reallaşdırdığı səfər də məhz qeyd edilən məqamlara hesablanıb.

İşğalçı ölkənin Qətərə olan marağı əks effekt verə bilər

İşğalçı Ermənistan da Yaxın Şərqdə cərəyan edən proseslərdə bu və ya digər fomada iştirak etmək niyyətinə düşüb. Ancaq Yerevan həmişəki kimi bu dəfə də diplomatik sahədə atmış olduğu addımlarını hansısa dövlətə xoş getmək, yaxud bunun müqabilində müəyyən dividentlər götürmək istəyi ilə reallaşdırır. Elə bu günlərdə işğalçı ölkənin xarici işlər naziri Eldvard Nalbəndiyanın Qətərə reallaşdırdığı səfər də məhz qeyd edilən məqamlara hesablanıb. Məlumdur ki, Qətər hazırda Səudiyyə Ərəbistanı ilə problemli bir dönəm yaşayır. Səudiyyə Ərəbistanı isə o dövlətlərdəndir ki, işğal faktına görə, Ermənistanla heç bir münasibətlər qurmur. Yerevan isə öz aləmində indiki situasiyada rəsmi Doha ilə münasibətləri yeni bir mərhələyə qaldırmaqla bir növ Ər-Riyaddan qisas alacağını düşünür. Eyni zamanda Qətərin Səudiyyə ilə gərginliyi fonunda Tehranın Dohanın yanında yer almasını əsas götürən Yerevan ikinci bir tərəfdən Qətərlə münasibətləri inkişaf etdirmək xəttini götürməklə bunun qarşılığında İrandan "afərin" sözü eşitməyi və Tehrandan əlavə dividentlər əldə etməyi düşünür. Ancaq hazırkı situasiyada Ermənistanın mövcud siyasi və iqtisadi durumu, eləcə də malik olduğu potensialı nəzər alsaq, açıq şəkildə söyləmək olar ki, Qətərin Ermənistanla işbirliyi etmək marağı o qədər də yoxdur. Çünki Dohada İrəvanın nəyə qadir olduğunu çox gözəl bilirlər.

Millət vəkili Sahib Alıyev isə hesab edir ki, İrəvanın Doha ilə əlaqələrə üstünlük verməsində Rusiya amili də müəyyən rol oynayır: "Hamı bilir ki, bizim qardaş Türkiyə ilə müttəfiqliyimiz " bir millət iki dövlət" fəlsəfəsinə dayanır. Ermənistanın Rusiya ilə müttəfiqliyi isə, əgər buna müttəfiqlik demək olarsa, "iki millət bir dövlət" prinsipi (Moskva tərəfdən) və prinsipsizliyi (haylar tərəfdən) üzərində qurulub. Yəni ancaq bir dövlət var, o da Rusiyadır. O biri isə Rusiya Dumasının keçmiş sədri Boris Qrızlovun da dediyi kimi forpostdur. Ona görə də Ermənistanın xarici işlər naziri Edavrd Nalbandyanın Qətərə səfərinə daha çox bu prizmadan yanaşmaq lazımdır. Nalbandyan Qətərə erməni ekspertlərin özlərinin də bildirdiyi kimi, xarici işlər naziri kimi deyil, elçi statusunda getmişdi. Görünür Səudiyyə Ərəbistanını çox da qıcıqlandırmamaq üçün Moskva Qətərə dəstəyini bu şəkildə-vassalını qabağa verməklə göstərməyi üstün tutub. Ancaq burada haylar da öz oyunlarını oynayır və mənfəət əldə edəcəklərini düşnürlər. Bilindiyi kimi Pakistanla yanaşı Səudiyyə Ərəbistanı da Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla heç bir diplomatik əməkdaşlıq qurmayıb. Haylar Səudiyyə və onun müttəfiqləriylə kəskin qarşıdurma mərhələsində olan Qətərə açıq dəstək sayıla biləcək bu səfərlə bir növ əvəz çıxırlar. İkincisi, yəqin bu fikirdədirlər ki, atdıqları addım müttəfiqləri İranın da xoşuna gələcək. Çünki İranla Səudiyyə ilişgiləri heç zaman indiki qədər pis olmayıb. Üçüncüsü isə haylar ola bilsin ümid edirlər ki, verilən dəstəyin qarşılığında Qətərdən yatırım qoparacaqlar və bir sıra məhsullarını əlverişli şərtlərlə əmirliyin bazarına çıxaracaqlar". Millət vəkilinin sözlərinə görə, bir sıra diplomatik addımlar atılarsa, Ermənistan Qətərə verdiyi dəstəkdən xeyir götürmək əvəzinə, əksinə bu onun özünə qarşı çevirilə bilər: "Hayların Səudiyyə Ərəbistanıyla heç bir əməkdaşlığı olmasa da, onun müttəfiqləri Birləşmiş Ərəb Əmirlikləri və Küveytlə müəyyən gediş-gəlişlər var. Hətta hər iki ərəb dövlətindən yatırım qoparmaq üçün bəzi işlər də görülüb. Səudiyyənin potensialından da yararlanmaqla hər iki ölkədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandayanın Qətərə səfərinin doğurduğu qıcıqlanma effektini artırmaq və beləliklə də onların Ermənistanla əməkdaşlığının yolunu tam da olmasa, kəsmək mümkündür. Qardaş Türkiyənin hazırda Qətər üzərində necə böyük təsirinin olduğu kimsəyə sirr deyil. Əgər Türkiyə istəsə, işğalçı ölkənin xarici siyasət idarəsi rəhbəri Edvard Nalbandyanın səfəri orada ancaq Rusiyanın ikinci dərəcəli bir diplomatının səfəri səviyyəsində qiymətləndiriləsidir. Belədə isə haylar Qətərdən nə yatırım alasıdırlar, nə onun bazarına mal çıxarası. Həm də orası da var ki, bu yatırıma Türkiyənin özü də ehtiyac duyur və illərdir ondan uğurla faydalanır da". Millət vəkili deyib ki, Azərbaycanın Səudiyyə-Qətər ziddiyyətlərinə yanaşmada tutduğu mövqeyə gəldikdə isə cənab Prezidentin dəfələrlə vurğuladığı kimi biz müsəlman dövlətləri arasında ancaq və ancaq həmrəylik tərəfdarıyıq: "Məzhəb, təriqət fərqliliyindən doğan hər cür qarşıdurmanı rədd edirik və edəcəyik də. Çünki bu bizim təkcə dövlət siyasətimiz deyil, həm də xalq olaraq yaşam fəlsəfəmiz, həyat tərzimizdir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31