İrəvan müharibə istəyir

Artıq bir neçə gündür ki, cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı birləşmələri mövqelərimizi iri çaplı silahlardan, minaatanlardan, artilleriyadan atəşə tutmaqla bərabər, cəbhə xətində müntəzəm olaraq təxribata da cəhd göstərir. Bu günlərdə baş verən erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun bir hərbiçisi şəhid olsa da, ancaq düşmən də yol verdiyi təxribata cavab olaraq aöır itkilərlə üzləşdi.

Azər Verdiyev: "Ermənistan Azərbaycana alternativ yol buraxmır"

Artıq bir neçə gündür ki, cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı birləşmələri mövqelərimizi iri çaplı silahlardan, minaatanlardan, artilleriyadan atəşə tutmaqla bərabər, cəbhə xətində müntəzəm olaraq təxribata da cəhd göstərir. Bu günlərdə baş verən erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun bir hərbiçisi şəhid olsa da, ancaq düşmən də yol verdiyi təxribata cavab olaraq aöır itkilərlə üzləşdi. Belə ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən təxribat əməlinıə cavab olaraq düşmənə sarsıdıcı zərbələr endirildi. Nəticədə 6 erməni hərbi qulluqçusu məhv edildi. Müdafiə Nazirliyi bu barədə bəyanat yayaraq bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir və növbəti belə təxribatın qarşısı alınarkən iyunun 15-də ordumuz itki verib. Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, çoxsaylı yaralıları var. Müdafiə Nazirliyi xəbərdar edib ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Ancaq aldığı sarsıdıcı cavabdan sonra da Ermənistan təxribat hərəkətlərinə ara vermir. Ötən gün İranla sərhəddə qeydə alınan erməni təxribatı, eləcə də iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhdi deyilənləri təsdiqləyir. Məlumat üçün qeyd edək ki, son hadisə zamanı bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Göründüyü kimi, Ermənistan bütün imkanlarını cəbhədə vəziyyəti gərginləşdirməyə və hərbi əməliyyatların yenidən başlamasına səfərbər edib. Özü də İrəvanın bu təxribat cəhdləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərləri ərəfəsinə təsadüf edir. Bununla Ermənistan bir daha o mövqeni ortaya qoymuş olur ki, Dağlıq Qarabağ probleminin sülh, danışıqlar yolu ilə həllində maraqlı deyil və düşmən ölkə müharibə tərəfdarıdır. Nəzərə alsaq ki, erməni təxribatları eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin növbəti hərbi təlimləri ərəfəsinə təsadüf edir, onda açıq şəkildə söyləmək mümkündür ki, İrəvan sözün həqiqi mənasında başını itirib və odla oynayır. Məlumat üçün bildirək ki, iyunun 19-da qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. Təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Ermənistanın cəbhə xəttində yol verdiyi son təxribatları və müharibə ritorikasına toxunan Qlobal Aaraşdımalar Liqası İctimai Birliyinin (QALİB) sədri, siyasi şərhçi Azər Verdiyev də bu qənaətdədir ki, Ermənistan atmış olduğu son addımlarla danışıqlar, sülh tərəfdarı olmadığını açıq şəkildə ortaya qoyur. Azər Verdiyev Ermənistan tərəfinin mütəmadi olaraq cəbhə xəttində təxribatlar törətdiyinə diqqət çəkərək bildirib ki, bu vəziyyət ötən ilin aprel hadisələrindən əvvəlki durumu xatırladır: "O zaman Azərbaycan Ordusunun ön xətdəki kiçik birləşmələri düşmənin həmlələrinə, təxribat cəhdlərinə tutarlı cavab vermişdilər. Son hadisələr nəticəsində də ordumuzun bir itkisinə qarşı düşmənin altı yaraqlısı məhv edilib. Ermənistan silahlı birləşmələrinin təxribatlar törətməsi, bu ölkənin xarici işlər naziri Edvard Nalbəndyanın məsuliyyətsiz bəyanatlar verməsi, bu görüşlərin baş tutmamasının qarşısını almaq, yaxud görüşlər keçirildiyi təqdirdə fundamental məsələlərin müzakirəsindən yan keçmək məqsədi daşıyır. Əgər rəsmi İrəvanın əsas siyasəti bundan sonra da belə olacaqsa, Azərbaycan tərəfinin çox güclü cavab tədbirləri ilə üz-üzə qalacaqlar və artıq üzləşirlər". İctimai Bilik sədrinin sözlərinə görə, Ermənistan istəyir ki, Azərbaycanı hüquq pozuntularına gətirib çıxara biləcək addımlar atmağa təhrik etsin: "Lakin Azərbaycan layiqli cavabını verir. Azərbaycanın həyata keçirdiyi cavab tədbirləri beynəlxalq hüquq çərçivəsindədir. Azərbaycanda ən yüksək səviyyədə də bəyan edilib ki, Ermənistan tərəfinin hər bir təxribat cəhdinə, vurduğu ziyana görə düşmənə artıqlaması ilə cavab veriləcək. Çünki söhbət işğal altındakı Azərbaycan ərazilərindən, ölkənin suverenliyinin bərpasından gedir. Danışıqlar prosesi nəticə vermədiyi halda Azərbaycanın tam hüququ var ki, ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etsin, edəcək də. Bir daha qeyd edirəm ki, aprel hadisələri bütün ünyaya Azərbaycanın gücünü göstərdi. Görünən odur ki, Ermənistan Azərbaycana münaribədən başqa alternativ yol buraxmır. Biz hazırıq, onlar isə yox."

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31