Qərbin demokratiyası avropalılar üçündür

Yaxın Şərqdə cərəyan edən proseslər regionun yaxın on illərdə heç də sabit bir məkana çevriləcəyindən xəbər vermir. Görünən odur ki, imperialist dövlətlər, dünyanın güc mərkəzləri hazırda Yaxın Şərqdə mövcud olan dövlətlərdən iki qat artıq “dövlət” və dövlətciklər yaratmaq niyyətindədirlər. Yəni, regionda marağı olan hər bir dövlət regionda onun maraqlarına xidmət edəcək tərəfdaş hazırlayır. Artıq bu prosesin icrasına demək olar ki. start verilib. Türkiyə ilə sərhəddə Kürdüstan dövləti yaradılması ideyasının reallığa çevrilməsi istiqamətində Qərb dairələrinin göstərdiyi canfəşanlıq belə deməyə əsas verir. Bir sözlə görünən odur ki, Qərbin uzun illərdən bəzi gedən Şərqi “parçala, böl” siyasəti bu gün də öz axarı ilə davam edir. Elə əksər ekspert və analitiklər də bu qənaətdədirlər.

Nəzakət Məmmədova: "Bombardımançı təyyarələrin qanadlarında demokratiya gəlməz"

Yaxın Şərqdə cərəyan edən proseslər regionun yaxın on illərdə heç də sabit bir məkana çevriləcəyindən xəbər vermir. Görünən odur ki, imperialist dövlətlər, dünyanın güc mərkəzləri hazırda Yaxın Şərqdə mövcud olan dövlətlərdən iki qat artıq "dövlət" və dövlətciklər yaratmaq niyyətindədirlər. Yəni, regionda marağı olan hər bir dövlət regionda onun maraqlarına xidmət edəcək tərəfdaş hazırlayır. Artıq bu prosesin icrasına demək olar ki. start verilib. Türkiyə ilə sərhəddə Kürdüstan dövləti yaradılması ideyasının reallığa çevrilməsi istiqamətində Qərb dairələrinin göstərdiyi canfəşanlıq belə deməyə əsas verir. Bir sözlə görünən odur ki, Qərbin uzun illərdən bəzi gedən Şərqi "parçala, böl" siyasəti bu gün də öz axarı ilə davam edir. Elə əksər ekspert və analitiklər də bu qənaətdədirlər.

Beynəlxalq məsələlər üzrə ekspert Nəzakət Məmmədova da hesab edir ki, vəhşi Qərb Orta əsrlərdə necə Səlib yürüşü vasitəsilə Şərqi xarabaya çevirdilərsə, bu gün də eyni siyasət davam edir. Ekspertin sözlərinə gör, Qərbdə demokratiya varsa, bu, onların özləri, avropalılar üçündür: "Digərləri üçün deyil. Onlar özlərini üstün, sivilizasiyalı xalqlar, digər dünya əhalisini isə az qala barbar kimi görürlər. Bu, mənə neonasizm təsiri bağışlayir. Hitler özlərini Ari, bir çox xalqları isə untermenş (yəni, insan həddinə çatmamış məxluq) gorduyu kimi. Onlarda belə bir anlayış var: "The West and The Rest". Yəni, Qərb və yerdə qalanlar. Onlar heç bir qeyri-Avropa ölkəsinə tam, həqiqi demokratiya gətirmək istəmirlər, o dərəcədə demokratikləşmə istəyirlər ki, onların özünə lazım olan qədər. Onlara asılı ölkələr lazımdır ki, istədikləri kimi idarə etsinlər. Bu gün məsələn, Türkiyəyə qarşı ədalətsiz qərarlar qəbul edən Avropa Şurası, Qarabağa aid qəbul etdiyi qətnamələri icra etmək istəməyən BMT, dünya ölkələrini səfil duruma salan Beynəlxalq Valyuta Fondu və s. Qərbin yaratdığı təskilatlardir. Eləcə də, Yaxın Şərqdə müharibə, terror təşkilatları Qərbin əliylə yaradılıb. Öz vətəndaşları olan müsəlmanlara və digər mühacir xalqlara belə tolerant olmayan Qərb digər dünya ölkələrinə necə xoşməramlı ola bilər?! Bombardımançı təyyarələrin qanadlarında demokratiya gəlməz". Nəzakət Məmmədovanın qənaətincə bu gün dünyada, xüsusən Yaxın Şərqdə elə bir mübarizə gedir ki, ya Qurtlar sofrasına oturmali, ya da onlara yem olmalısan. Ekspert, cərəyan edən proseslərin fonunda Türkiyənin yürütdüyü siyasəti də təqdir edir. O, bildirib ki, : Türkiyə neytral qala bilməz: "Ya gözləməlidir ki, şikar kimi vəhşi ovçular onu nə vaxt parçalayaraqlar, ya da özü ov etməlidir. Ya ov ol, ya ovçu. Bugünkü reallıq budur. Sağ qalmaq, dövlət kimi öz mövcudluğunu saxlamaq üçün Türkiyə Osmanlıya qayıtmağa çalışmalıdır. Çünki, Qərb bugünkü Türkiyəyə 1923-cü ilin Atatürk Türkiyəsi kimi yanaşmır, "Avropanın xəstə adamı" dedikləri 1918-ci ilin Osmanlı İmperiyası kimi yanaşır və onu parcalamaga çalışır. Bu halda təbii ki, Türkiyə də üzünü Osmanlıya tutmalıdır. Birləşmiş Ştatlar, Britaniya, Fransa özlərinin keçmiş imperiya planlarını (Birinci Dünya müharibəsi sonrası Yaxın Şərqi mandat-protektorat sistemi əsasında müstəmləkəyə çevirməsi) işə saldığı kimi, Türkiyə də Osmanlıya qayıtmalıdır. Fiziki sərhədlər daxilində mümkün olmasa belə, ruhən qayıtmalıdır". Ekspertin qənaətincə, Türkiyənin zamanında Qərbdə "hörməti" ona görə var idi ki, Qərbin dediyi ilə oturub duran liderlər ölkəni idarə edirdi: "Axırıncı aşırım" filmindəki Kərbəlayi İsmayıl demişkən "nə qədər ki, sakit çəkilib oturmuşdum qıraqda heç kəsin mənlə işi yox idi, elə ki, gördülər, yox, mən də dünyanın gəliş-gedişindən başım çıxır, başladılar mənimlə mübarizə aparmağa" İndi Rəcəb Tayyib Ərdoğan Qərbin dediyi ilə hərəkət etmir, başlayıblar onu gözdənsalma kampaniyasına. Qərbdə hörməti olmaq bəyəm yaxşı olmaq deməkdir? Qərbin hörməti lazım deyil Türkiyəyə, əgər o hörmət ölkənin Qərbin köləsi olması bahasına başa gəlirsə. Rəcəb Tayyib Ərdogan mollalıq etmir. Fikrimcə, sadəcə dindar kütləni inandırmaq üçün onları qane edəcək dindarlıq mesajları verir və s. Onun əslində qatı dindar olduğunu düşünmürəm". Nəzakət Məmmədova onu da qeyd edib ki, Türkiyə üçün Atatürk prinsipləri artıq köhnəlib: "O, Osmanlıdan sonrakı dövr üçün real idi. Bu gün Yaxın Şərq 1923-cu ildəki yox, 1918-ci ildəki I Dünya müharibəsi sonrası vəziyyətə qayıdıb. Yeni bir Qurtuluş savaşına ehtiyac var. Bu savaş Osmanlının əvvəlki nüfuz dairəsinə qayıtmaq mübarizəsi olmalıdır. Çox təəssüf ki, bugünkü dünya nizamı insanları mənəvi idealları ilə maddi reallıq arasında seçim etmək məcburiyyətində qoyur. Bu nizam dövlətləri və xalqları öz köləsinə çevirmək istəyən, onları üstün və aşağı təbəqələrə ayıran, dünyanı vahid mərkəzdən idarə etməyə çalışan, öz iradəsini xalqların beyninə yeritməyə çalışan, bəşəriyyəti müharibələr, terror, aclıq, səfalətlə sınağa çəkən beynəlxalq maliyyə şəbəkələrinin yaratmaq istədiyi və ya artiq yaratmış olduğu ədalətsiz düzəndir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31