Müasir toy adətlərimizin mənəvi və fiziki zərbələri

Müstəqillik illərindən sonra deqradasiyaya məruz qalan, öz adət-ənənəsini, hətta milliliyini itirən hallardan biri də toylar oldu. Qərbin, Avropanın “mədəniyyəti”nin toylarıma transfer edilməsi qədimdən gələn toy adətlərimizə öz mıənfi təsirini göstərdi. Hazırda toylarda onun keçirildiyi məkandan tutmuş, orada verilən təamlar, toyu şənləndirən musiqi qruplarına qədər demək olar ki, hər şey Avropalaşıb, milli adət-ənənələr tamamilə yaddan çıxıb.

Yaxud toylar gənclərimizi milli adət-ənənələrdən necə uzaq salır?

Müstəqillik illərindən sonra deqradasiyaya məruz qalan, öz adət-ənənəsini, hətta milliliyini itirən hallardan biri də toylar oldu. Qərbin, Avropanın "mədəniyyəti"nin toylarıma transfer edilməsi qədimdən gələn toy adətlərimizə öz mıənfi təsirini göstərdi. Hazırda toylarda onun keçirildiyi məkandan tutmuş, orada verilən təamlar, toyu şənləndirən musiqi qruplarına qədər demək olar ki, hər şey Avropalaşıb, milli adət-ənənələr tamamilə yaddan çıxıb.

Müstəqil ekspert Rövşən Məmmədli deyir ki, müşahidə edilən bu mənfi tendensiya cəmiyyətdə, xüsusilə gənclər arasında mənfi aşınmalara gətirib çıxarır: "Bu günkü toylarımızın kifayət qədər mənəvi zərərləri də var. Birinin yaxın qohumu oğluna, ya qızına toy edir, pulu olmadığı üçün o toya gedə bilmir. Görün bu şəxs nə qədər içində mənəvi əziyyətlər çəkir, sıxıntılar keçirir. Yaxud toylar pullu olduğu üçün kimisə toyuna çağıranda nə qədər daxildə əziyyət çəkirsən, çağırım ya yox. Çağırmasan da bəs toya kim gələcək sualı qarşısında aciz qalaraq məcbur utana-utana dəvətnamə verirsən". Ekspert bildirib ki, bu toyların ən böyük zərərləri uşaq və gənclərimizin milli ruhda böyümələrinə, milli musiqiyə həvəs göstərmələrinə dəyir: "Belə ki, əvvəllər kənddə, yaxud şəhərdə toylar olanda ilk öncə uşaqlar, gənclər toyun tamaşasına yığışar, oynayar.rəqs edərdilər. Ancaq sonradan toylar "Şadlıq evlərinə" keçirildi və pullu toylara çevrildi. Daha uşaqlar, gənclər kütləvi şəkildə bu toyların iştirakçısı olmadılar. Olmaq üçün gərək pul ödəyəsən. Buda gənclərimizin milli musiqilə tərbiyəsinə böyük zərbə vurdu və yerini indi iki qəpiklik olan bayağı musiqilər, Qərb musiqisi doldurdu. Baxın gənclərin əksəriyyətinin qulağında qulaqcıqlar ancaq Avropa, Qərb musiqisi dinləməkdədirlər. Bunun isə zərərin həkimlər daha yaxşı bilirlər". Rövşən Məmmədli hesab edir ki, toyların ən böyük zərərinin qurbanı çox vaxt o tuyun baiskarları olur: "Belə ki, toy edəndən sonra 5 gündən tutmuş 3-5 aya qədər boşananların sayı indi ölkəmizdə yüzlərlədir. Bunun isə zərəri o toyu edənlərə dəyir. İndi toy etmək elə də asan deyil. 10 min manatlarla pul xərcləyirsən, qıza qızıl-zinyət əşyaları alırsan, toy xərci verirsən, öz toyunu edirsən, sonda da ayrılırsan və əlin boşda qalır. Toy şənlikdir. Toyda çox oynayar, təbrik edər, deyib- gülüb danışarlar. Təsəvvür edin şadlıq evlərinin qapalı salonlarında çox oynayan adamlar nə qədər tər tökür, nəfəs daralma və s olur. Yaxud toyda nağaranın səsi baş aparır. Səs-küy və havasızlıq. Son vaxtlarda insanlarda ürək-damar xəstəliklərinin, baş ağrılarının, təzyiqlərin, şəkər xəstəliklərinin artmasının mühüm səbəblərindən biridə şadlıq evlərinin dar salonlarında keçirilən toylardır. Şadlıq evlərinin bir çoxunda insanlara zərəli yeməklər yedirən işbazların vurduğu ziyan heç deyiləsi deyil. Niyə hökmən süfrəyə bureylor toyuq ətinin qaynanması, kabab, lülə olmalıdır?. Niyə kolbasa olmalıdır? Bunlar hamısı iri məmurların biznes təsərrüfatlarından gedir o toylara. Şadlıq evi də onları yemək siyahısından çıxara bilmir. Toy edəni məcbur edirlər ki, bunlarla birlikdə süfrəni təyin etsin. Yaxud rayonlardan Bakıya daşınan bu qədər mənşəyi məlum olmayan ətlər hara gedir?. Onların çoxu elə bu şadlıq evlərinin mətbəxlərinə, kolbasa sexlərinə daşınır. Xaricdən yaşlı heyvanlar, o cümlədən leş ətləri gətirilir. Hətta biz yemədiyimiz heyvanların ətləri Azərbaycana gətirlir. Bunlar da kəbab daxilində toy iştirakçılarına yedirilir. Bu cür "toy zərərlərinin" siyahısın daha da uzatmaq olardı. Ancaq hesab edirəm bizim xalqa elə bu qədər də bəsdir. Çünki, bunları tez-tez gündəlik həyatımızda görürük". Bəs bunlardan qurtuluş yolu nədir? Ekspert bildirib ki, qurtuluş yolu, birinci iri məmurlara məxsus şadlıq saraylarından uzaq durmaq, həyətində, açıq havada, bulaq başında toy etməkdir: "Toy mütləq və mütləq açıq havada olmalıdır. Bu dədə-babadan belə olub. Biz onlardan çox bilmirik ki? İkincisi toyda iştirak etmək istəyənlərin hamısına dəvətsiz iştirak şəraiti yaratmaq lazımdır. Qoy uşaqlar, gənclər istədikləri kimi toylarda iştirak edib şənlənsinlər. Həm də gələcəyimiz olan bu gənclər adət-ənənəmizi, milli musiqimizi mənimsəsinlər ki, sonra da onu yaşatsınlar. Üçüncüsü, toylardan bütün yeməkləri yığışdırmaq lazımdır. Toya yeməyə gəlməyək. onu şadlanmaq, rəqs etmək, təbrik etmək, dostlarla mehriban vaxt keçirmək üçün gedək". Ekspert deyib ki, xalqını sevənlər, ziyalılar bu məsələyə çox ciddi diqqət yetirməli, ictimailəşdirməlidirlər: "Bütün, xalq bir araya gəlib öz-dədə-baba toyunu etməlidir. Toy yeyib içmək demək deyil".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31