"Ağdərədə Cocuq Mərcanlıdakı kimi tikinti başlasa, ermənilər bizdən iş istəyəcək"

"Azərbaycanın iqtisadi cəhətdən güclənməsi torpaqların azad edilməsini şərtləndirir". Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən "Qarabağ saatı"nda deyib.

"Azərbaycanın iqtisadi cəhətdən güclənməsi torpaqların azad edilməsini şərtləndirir". Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən "Qarabağ saatı"nda deyib. Ölkə başçısın 15 iyun Milli Qurtuluş günü ərəfəsində Cocuq Mərcanlıya səfəri ilə bağlı fikirlərini bildirən politoloq qeyd edib ki, bu, düşmənə bir ismarıc idi. Onun sözlərinə görə, bu böyük qayıdışın ilk addımı idi, yaxın zamanda Ağdərədə də Cocuq Mərcanlıdakı kimi tikinti işləri başlaya bilər: "Biz apreldə Ağdərədən torpaq götürmüşük. Əgər Ağdərədə Cocuq Mərcanlıdakı kimi tikinti işləri başlasa, Dağlıq Qarabağdakı ermənilər orada işləmək üçün Azərbaycanın iş icraçısına müraciət edəcək, onlara iş veriləcək. Çünki Azərbaycanın siyasəti belədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31