Məşhur rep ifaçısı vəfat etdi

ABŞ-ın məşhur "Mobb Deep" rep qrupunun ifaçısı Prodigy (Albert Conson) 42 yaşında vəfat edib.  Bunu musiqiçinin təmsilçisi bildirib. İnformasiyaya əsasən, Conson bir neçə gün əvvəl anemiyanın kəskinləşməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

ABŞ-ın məşhur "Mobb Deep" rep qrupunun ifaçısı Prodigy (Albert Conson) 42 yaşında vəfat edib.  Bunu musiqiçinin təmsilçisi bildirib. İnformasiyaya əsasən, Conson bir neçə gün əvvəl anemiyanın kəskinləşməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onda bu xəstəlik anadangəlmə olub. Bununla belə onun ölümünün səbəbi hələ müəyyən edilməyib. Məlumata görə,  Prodigy Havos adlı reperlə 1990-cı illərdə "Mobb Deep" musiqi duetini qurub. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31