Politoloq: "Ermənistan kriminal avtoritetlər hazırlamaqla məşğuldur"

"Azərbaycan Müdafiə Nazirliyinin bir diversantın ələ keçirilməsi ilə bağlı yaydığı məlumatı erməni tərəfdən iki saxta qurum təkzib edir. Lakin mən bizim nazirliyin yaydığı məlumata inanıram. Ona görə yox ki, Müdafiə Nazirliyi bizim qurumdur, ona inanmalıyam. Səbəbi odur ki, Ermənistanda ordu yoxdur, düşmənin ordusu avtoritet və kriminalların bazasına çevrilib". Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Ermənistan rəhbərliyinin ordu ilə deyil, kriminal elementlər, korrupsiya və digər işlərlə məşğul olıduğunu deyən politoloq bildirib ki, hətta Ermənistan rəhbərliyi tərəfindən həbsxana qanunları da qəbul olunur: "Ermənistan MN ordu quruculuğu ilə məşğul deyil, kriminal avtoritetlər hazırlamaqla məşğuldur. Ona görə hərbi rəhbərlik tez-tez dəyişdirilir. Lakin bu o demək deyil ki ,Ermənistan ordusunda vəziyyət 3-5 il ərzində normallaşacaq". Politoloq əlavə edib ki, Ermənistan ordusu başıpozuq dəstə olduğunu beynəlxalq aləmə çatıdrmalıyıq. Məlumat üçün nəzərinzə çatdıraq ki, iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31