Əkbər Qoşalı Milli Ordumuzun gücündən danışdı
“Qarşıdan 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü gəlir. Bu gün münasibəti ilə bütün hərbçilərimizi, ayrıca, dünən Ali Baş Komandanımızın Sərəncamı ilə təltif olunan, eləcə də, general rütbəsi alan Silahlı Qüvvələrimizin dəyərli mənsublarını ürəkdən təbrik edirəm. İnşallah, ordumuzdan qələbə soraqları eşidək. Bu yerdə, qələbə soraqlarının uzaq gələcəyə aid hadisə olmadığını vurğulamaq istərdim. Tanrımıza şükürlər olsun, günümüzdə də qələbə soraqları eşidirik, hər gün eşidəcəyimizə də ümidimiz, inamımız tamdır. Bütün zorluqlara, olumsuzluqlara baxmayaraq, Ali Baş Komandanımızın alovlu vətənpərvərliyi, xalqımızın orduya dərin məhəbbəti, işimizin haqq işi olması və başqa obyektiv, təməlli səbəblər sayəsində ordumuz, elan olunmamış savaşdan qalib çıxacaq”. Bunu Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
21 İyun 2017 14:11 Siyasət"Qarşıdan 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü gəlir. Bu gün münasibəti ilə bütün hərbçilərimizi, ayrıca, dünən Ali Baş Komandanımızın Sərəncamı ilə təltif olunan, eləcə də, general rütbəsi alan Silahlı Qüvvələrimizin dəyərli mənsublarını ürəkdən təbrik edirəm. İnşallah, ordumuzdan qələbə soraqları eşidək. Bu yerdə, qələbə soraqlarının uzaq gələcəyə aid hadisə olmadığını vurğulamaq istərdim. Tanrımıza şükürlər olsun, günümüzdə də qələbə soraqları eşidirik, hər gün eşidəcəyimizə də ümidimiz, inamımız tamdır. Bütün zorluqlara, olumsuzluqlara baxmayaraq, Ali Baş Komandanımızın alovlu vətənpərvərliyi, xalqımızın orduya dərin məhəbbəti, işimizin haqq işi olması və başqa obyektiv, təməlli səbəblər sayəsində ordumuz, elan olunmamış savaşdan qalib çıxacaq". Bunu Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, hər gün eşitdiyimiz ümidli cəbhə soraqları da, özlüyündə böyük qələbəmizə xidmət edən, o müqəddəs günü yaxınlaşdıran hadisə dəyərindədir: " Təsadüfi deyil ki, biz sizinlə bu barədə danışandan az öncə, düşmənin növbəti kəşfiyyat-diversiya qrupunun zərərsizləşdirildiyi, bir kəşfiyyatçının isə diri ələ keçirilməsi barədə rəsmi məlumat yayıldı. Düşmən yatmayıb, çabalayır amma bizim öncəbhədəki hərbçilərimiz də öz üzərlərinə düşən müqəddəs işin fərqindədir, düşmənin hər növbəti cəhdi, onlara baha başa gəlir. Bu minvallı gedişat da, işğalçı ölkə xalqında suallar doğurur, onlar öz başbilənlərindən "Bizim olmayan Qarabağda övladlarımız niyə ölür?!" deyə soruşur.
Bilirsiz, bu dediklərimiz öz-özünə yaranmayıb, illərdir aparılan dövlət siyasəti, ordu qu-ruculuğu işi, şəhidlərimizin örnək qəhrəmanlığı... öz bəhrələrini verir.
Silahlı Qüvvələr Günü ərəfəsində, Ümummilli lider Heydər Əliyevi bir daha rəhmətlə anırıq. Bugün, ordu quruculuğunu, milli silahqayırma işini sistemə, nizama salan, neçə illərdir, büdcədən orduya ayırmaları düşmən ölkəni mənəvi cəhətdən də əzən səviyyəyə qaldıran, əsgərlərimizin, zabitlərimizin güvənc yeri olan Ali Baş Komandanımıza möhkəm can sağlığı, şərəfli işində yeni uğurlar diləyirik! Şəhidlərimizin ruhu şad olsun! Qazilərimizin bayrağı uca olsun!
Daha yaxşı gələcəyə, üstün sabaha, Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə, işğaldan azad edəcəyimiz digər torpaqlarımızda üçrəngli müqəddəs bayrağımızın dalğalanacağı günə sarsılmaz inamımız var! Ardınca, Göyçəyə, Zəngəzura, İrəvana olan tarixi haqlarımızı unutmadan, gərəyini yerinə gətirəcəyik". Sia.az