Gündəm
Sabirabad sahibkarları üçün yeni imkan
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabirabad rayonunun Ulacalı kəndində işgüzar forum keçirib. İqttisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sahibkarlardan bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir.
Ağstafada zona müşavirəsi keçirilib
İyunun 20-də Ağstafa rayonunda zona müşavirəsi keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar2a verilən məlumata görə, müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələr, heyvandarlıqda intensiv metodların tətbiqi və damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi və bu sahədə aparılan işlər barədə ətraflı məlumat verib.
Zakir Qaralov Lənkaranda 5 rayonun sakinlərini qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il iyunun 30-da saat 10:00-da Lənkəran şəhər prokurorluğunun inzibati binasında Lənkəran şəhəri, Masallı, Astara, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
"Pulu onların başına vuraram" - Aydın Bəşirovun Məleykə Əsədovaya mənzil bağışlamağına münasibət
Tanınmış müğənni Əli Mirəliyev Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun xalq artisti Məleykə Əsədovaya mənzil bağışlamağına münasibət bildirib.
Məleykə Əsədovaya ev verən məşhur məmur: "Mən ondan çox ləzzət alıram"
"Deyirlər ki, mən xalq artisti Məleykə Əsədovaya dəstək vermişəm. Xeyr, əksinə o mənə çox dəstək verib. Məleykə Əsədova hər zaman mənə mənəvi dəstək olub. Onun şeir deməyindən çox xoşum gəlir. Mən ondan çox ləzzət alıram".
30 ildən sonra insanlar... - Alimdən inanılmaz XƏBƏRDARLIQ
Məşhur Böyük Britaniya astrofiziki Stiven Hokinq insanların başqa planetlərə miqrasiyasının müddətini açıqlayıb. Fizikə görə, insanlar ən yaxın 30 ildə Yer kürəsindən köçməyə başlamalıdır. Alim hesab edir ki, yaxşı koloniyaların yaradılması üçün Ay və Mars daha münasibdir.
Lavrov yeni sanksiyalara cavab verdi: “Rusofob düşkünlüyü...”
Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını şərh edib. Rusiyalı nazir növbəti məhdudiyyətlərin heç bir əsas olmadan tətbiq edildiyini deyib. “Bu proses üçün Ukraynadakı vəziyyətə istinad edilməsi, məncə, ciddi müşahidəçilərdə təbəssüm yaradır.
Mövsümdən əvvəl yetişən qarpız ziyanlıdırmı?
Hələ iyun ayı olmasına baxmayaraq, artıq Bakı bazarlarında qarpız satılır və məhsul kifayət qədər boldur. Satıcıların yerli mal olduğunu dediyi qarpızın hansı şəraitdə yetişdirilməsi ilə yanaşı, insan orqanizminə nə dərəcədə faydalı və ya ziyanlı olması sualı da ortaya çıxır.
Moskvada azərbaycanlı iş adamından 1 milyon tələb edənlər saxlanıldı
Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşı olan iş adamından hədə-qorxu yolu ilə pul tələb etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.
NATO qırıcısı Sergey Şoyqunun təyyarəsinə yaxınlaşıb
NATO qırıcısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd edib. Hadisə rusiyalı nazirin Baltik dənizinin neytral suları üzərindən uçarkən baş verib. Kalininqrada gedən S. Şoyqunun olduğu təyyarəni dəniz aviasiyasına məxsus SU-27 qırıcı təyyarələrdən ibarət mühafizə dəstəsi müşayiət edib.
Daha 3 avtobusun hərəkət seximi dəyişdi
Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 11, 38 və 71 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi Bakı Nəqliyyat Agentliyinin xüsusi monitorinq qrupu tərəfindən hərtərəfli təhlil edilib. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, nəticədə, hər üç marşrut xətti üzrə avtobusların hərəkət sxemində müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib. Nəzərdə tutulan dəyişikliklərin sərnişinlərin rahatlığı baxımından səmərəli olmasını müəyyənləşdirmək məqsədi ilə 11, 38 və 71 nömrəli marşrut xətti üzrə avtobuslar 24.06.2017 tarixindən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək.
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada uğur qazanıb
İyunun 17-dən 21-dək Türkiyənin İzmir şəhərində İnformatika üzrə (YSK İnternational Olympiad in Informatics 2017) Beynəlxalq Olimpiada keçirilib. Olimpiadada Türkiyə, Azərbaycan, Orta Asiya respublikaları və Makedoniyadan ibarət məktəblilər iştirak edib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanı təmsil edən Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Abutalıb Namazov, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ələkbər Əskərov gümüş medala, X sinif şagirdi Ziya Muxtarov və Bakı şəhəri 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Rafael Saddatimov bürünc medala layiq görülüblər.
Cocuq Mərcanlıda bələdiyyə formalaşdırıla bilərmi?
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun ciddi səyi nəticəsində Ermənistan Silahlı Qüvvələrindən təmizləndikdən sonra ölkə başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq kənddə bütün sturktur yaradılmaqdadır. Artıq 50 mənzil kənd sakinlərin ixtiyarına verilib.
ƏMDK “ASAN xidmət” vasitəsilə ilə hərraclar keçirəcək
İyunun 20-də Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Hansı daha şərəflidir - “dövlətə satılmaq”, yoxsa dövləti satmaq?
Azərbaycanda jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı başladılan proses və bu müstəvidə hər kəsə bəlli olan meyarlar çərçivəsində kütləvi informasiya vasitələri təmsilçilərinin mənzillə təmin edilməsinin tarixçəsi haqqında yazmayacağam. Bu, hər kəsin gözü qarşısında baş verib. Gözlər isə müxtəlif görmə qabiliyyətinə malikdirlər. Düzü əyri, əyrini düz, yaxud ikisini birində görənlər də var. Təbii ki, hər şey göz sahibinin kimliyindən asılıdır.










.jpg)
.jpg)


