Gündəm

Ömər Eldarov və Merab Merabişvilinin əsərləri sərgiləndi

21 İyun 2017 15:47

Tbilisidə Simon Canaşiya adına Gürcüstanın Milli Muzeyində qeyri- adi formatda Azərbaycan və Gürcüstanın heykəltaraş-patriarxları Ömər Eldarov və Merab Merabişvilinin əsərlərindən ibarət sərginin açılışı olub. Muzeydən “Olaylar” – a bildirilib ki, ustad heykəltəraşların yaratdıqları əsərlərin fotoları tamaşaçıya miqyasına görə təqdimetmə üslubunu özləri diktə ediblər. Ekspozisiyanın bu cür maraqlı tərtibatı Gürcüstan Mədəni Birliyi, Gürcüstan Milli Muzeyi və Azərbaycan Mili İncəsənət Muzeyinin dəstəyi ilə “XXI Mədəni Dialoq” Assosiasiyası tərəfindən həyata keçirilib.

Azərbaycanda bayram namazının vaxtı açıqlandı

21 İyun 2017 15:47

Azərbaycanda Ramazan ayı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bayram namazı iyunun 26-da səhər saat 08:00-da Göy məsciddə, 09:00-da isə Təzə Pir məscidində qılınacaq. QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin hər iki məsciddə bayram namazlarına qatılacağı gözlənilir.

Azərbaycanın İtaliyadakı səfiri erməni nazirin yalanlarına cavab verdi

21 İyun 2017 15:45

Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibəsində ölkəsini dünyada qaçqınlar, miqrasiya, milli azlıqlar kimi problemlərə həssas yanaşan, multikulturalizm dəyərlərinə sadiq ölkə kimi göstərməyə cəhd edib, habelə Ermənistan-Azərbaycan münaqişəsi və hazırkı danışıqlar prosesi ilə bağlı təhrif edilmiş məlumatlar verib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib

21 İyun 2017 15:42

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlar arasında bərabər imkanlar yaratmaq və onların  iştirak hüququnun təmin edilməsi istiqamətində Bakı Fond Birjasının təşəbbüsü ilə  xüsusi qayğıya ehtiyacı olan  uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil edib.

Rəfiqəsinin adına kredit götürdü, başına bəla oldu - "Maaşımdan tuturlar" - VİDEO

21 İyun 2017 15:41

Başqasına görə kredit götürənlər problemlərini necə həll etməlidirlər? Başqasına görə kredit götürənlərin problemləri olduqca çoxdur. Bəs bu problemlər necə həll oluna bilər? Mövzunu şərti qəhrəmanımız Nərgiz Sadıqovanın timsalında araşdırmışıq.

Brüsseldə azərbaycanlı köçkünlərə həsr olunmuş sərgi və müzakirələr keçirilib

21 İyun 2017 15:40

Qaçqınların statusuna dair BMT-nin 1951-ci il Konvensiyasının qəbul edilməsinin 50-ci ildönümü münasibəti ilə təşkilat tərəfindən 2000-ci ildə Ümumdünya Qaçqınlar Günü elan edilən 20 iyun tarixində bütün dunyada münaqişə və müharibələr nəticəsində dogma ocağından didərgin düşən insanlar yad edilir. Hazırda dünya gündəmində Suriya və Ukraynadakı kimi münaqişələr nəticəsində yaranan qaçqınlar ordusu və Avropanı bürüyən migrasiya böhranı diqqət mərkəzindədir. Lakin məsələ ondadir ki, vacib xəbərlərin iyerarxiyası qurulduqda nəticədə uzunmüddətli münaqişələr diqqətsiz qalır. Xüsusilə onlar zamanında müvafiq şəkildə işıqlandırılmayıbsa. Nümunə kimi 1988–94-cü illərdə baş vermiş Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin misal göstərmək olar. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu, əhalinin 10 faizinə bərabərdir və adambaşına düşən köçkün sayına görə dünyada ən yüksək göstricilərdən biridir.

Azərbaycanda 254 adam qidadan zəhərlənib - 3 nəfər ölüb

21 İyun 2017 15:34

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 164 qida zəhərlənməsi baş verib ki, nəticədə 254 nəfər zərər çəkib, 3 nəfər ölüb. Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, yanvar-may ayları ərzində 10 botulizm hadisəsi baş verib.

Makron-Putin müzakirələri: çətin yolun başlanğıcında

21 İyun 2017 15:32

Fransada yeni prezidentin seçilməsi ilə rəsmi Parisin xarici siyasətdə dəyişikliklər edəcəyi barədə informasiyalar yayılmağa başladı.

Leysan yağacaq, dolu düşəcək

21 İyun 2017 15:31

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, səhər və gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Siyasi plüralizmin Azərbaycan modeli dünya üçün örnəkdi

21 İyun 2017 15:25

Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratiyanın inkişaf etdirilməsi, onun tələb etdiyi prinsiplərin qorunması, təmin edilməsi istiqamətində zəruri addımlar atır, onu başlıca prioritet hesab edir. Hər kəsə məlumdur ki, demokratiyanın başlıca prinsipləri də fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunmasıdır.  Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının ən yüksək səviyyədə təmin edildiyini mübaliğəsiz şəkildə söyləmək mümkündür. Bu gün ölkədə yüzlərlə gündəlik və həftəlik qəzetlərin işıq üzü görməsi, istər paytaxt, istərsə də regionlarda müstəqil televiziya kanallarının fəaliyyət göstərəməsi, dövlətin, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinə, onların azad və müstəqil şəkildə fəaliyyətinə göstərdiyi diqqət və qayğı, bu sahənin inkişafı məqsədilə ayrılan dövlət vəsaiti belə deməyə əsas verir.

Türkiyə, Rusiya, İsrail və İran yeni alyans yaradır?

21 İyun 2017 15:23

Dünya tarixi ilə yaxından maraqlanan hər kəs deyə bilər ki, Yaxın Şərq yer kürəsinin ən mürəkkəb geosiyasi bölgəsi olaraq çıxış edir.Uzun illərdir ki, bu bölgə dayanmadan mürəkkəb siyasi və hərbi böhranlardan heç bir şəkildə xilas ola bilmir. Bu bölgədə zaman məhfumu Qərb, yaxud Uzaq Şərqlə müqayisədə fərqli bir şəkildə qəbul edilir, hər növ münaqişə və böhran isə başqa müstəvilərə keçərək yüz illər boyunca davam edərək yeni, daha mücərrəd siyasi hadisələrin meydana gəlməsinə zəmin yaradır. Bəzi hallarda bu bölgə çox böyük və bir-biri ilə əlaqəsi olmayan bir neçə münaqişəyə səhnə ola bilir. Ancaq yaxından baxdıqda bu vəziyyətin eyni böyük bir tablonun kiçik parçaları olduğu anlaşılır. Çox vaxt Yaxın Şərqdəki vəziyyəti müşahidə edərkən siyasətin tarixi yaratdığı qənaətinə gəlmək olar. Ancaq şərqşünasların ifadəsinə görə Yaxın Şərqdə tarix heç bir vaxt bitmək bilmir, burada tarix daimi olaraq yaradılır, yaşanır.

Konfederasiyalar Kuboku: Portuqaliya ev sahiblərinə qarşı

21 İyun 2017 15:21

Bu gün FİFA Konfederasiyalar Kuboku - 2017-də ikinci tura start veriləcək.

Türkiyə qaçqınları saxlamaq üçün xərclədiyi pulun miqdarını açıqladı

21 İyun 2017 15:19

"2011-ci ilin aprelindən Türkiyə çoxsaylı mühacir qəbul etməyə başlayıb. Suriya hadisələri zamanı o zamankı baş naziri və indiki prezidentimiz Rəcəb Tayyib Ərdoğanın tələbi ilə biz açıq qapı siyasəti həyata keçirdik və sərhədi açdıq. İyirmi üç modern sığınacaq mərkəzi quruldu. Regionlarda ciddi tədbirlər görüldü".  

"Mançester Yunayed" müdafiəçisini satmağa hazırdır

21 İyun 2017 15:17

"Mançester Yunayed" yay fasiləsində Mateo Darmianı sata bilər. "Qırmızı şeytanlar" italiyalı müdafiəçiyə təxminən 18 milyon funt qiymət qoyub. Darmianın A Seriyasına qayıtmaq ehtimalı daha yüksəkdir. "İnter", "Roma" və "Yuventus" onu heyətində görmək istəyir. "Qoca senyora" Dani Alveşin mövqeyində yarana biləcək boşluğu 27 yaşlı futbolçu ilə doldurmaq fikrindədir. Turin klubunun digər namizədləri Joao Konselo, Dalinlo və Mattia De Şilyodur.

Səudiyyə 15 min Qətər dəvəsini ölkədən qovdu - KURYOZ

21 İyun 2017 15:16

Səudiyyə Ərəbistanı maraqlı bir rəsmi qərarla yenə dünya mətbuatının gündəmindədir. Ölkə Qətərlə ikitərəfli əlaqələrinə son qoyan Səudiyyə bu ölkədən gələn dəvələri də istəmir. Qətər və Səudiyyə Ərəbistanı arasında bütün biznes əlaqələrinə son qoyulub, gediş-gəliş mümkün deyil və indi də Qətər dəvələri ölkədən getməlidir. Bu qərar elan edildikdən sonra minlərlə dəvə az yemək və su ilə Səudiyyənin Qətərlə sərhəd bölgəsində tərk edilib. Hazırda 15 min dəvə ölkədən deportasiya edilir.