Xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlar arasında bərabər imkanlar yaratmaq və onların  iştirak hüququnun təmin edilməsi istiqamətində Bakı Fond Birjasının təşəbbüsü ilə  xüsusi qayğıya ehtiyacı olan  uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlar arasında bərabər imkanlar yaratmaq və onların  iştirak hüququnun təmin edilməsi istiqamətində Bakı Fond Birjasının təşəbbüsü ilə  xüsusi qayğıya ehtiyacı olan  uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil edib. Komitədən "Olaylar"a verilən məlumata görə, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva və Bakı  Fond Birjasının idarə heyətinin sədri Vüqar Namazov tədbirin xeyriyyəçilik məqsədilə yanaşı, uşaqların cəmiyyətə inteqrasiyasında böyük önəm daşıdığını qeyd edibıər. Tədbirdə Zaqatala, İsmayıllı, Ağsu, Qəbələ, Ağdam və Xəzər rayonundan olan on üç xüsusi qayğıya ehtiyaclı uşaqların iki yüzdən çox əl işləri nümayiş edilib və satışı təmin edilib. Tədbirdə, həmçinin, uşaqlara Bakı Fond Birjası tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31