"Mançester Yunayed" müdafiəçisini satmağa hazırdır

"Mançester Yunayed" yay fasiləsində Mateo Darmianı sata bilər. "Qırmızı şeytanlar" italiyalı müdafiəçiyə təxminən 18 milyon funt qiymət qoyub. Darmianın A Seriyasına qayıtmaq ehtimalı daha yüksəkdir. "İnter", "Roma" və "Yuventus" onu heyətində görmək istəyir. "Qoca senyora" Dani Alveşin mövqeyində yarana biləcək boşluğu 27 yaşlı futbolçu ilə doldurmaq fikrindədir. Turin klubunun digər namizədləri Joao Konselo, Dalinlo və Mattia De Şilyodur.

Darmian 2015-ci ildə "Torino"dan "Mançester Yunayed"ə keçmişdir. Həmin vaxt "manikunianlar" transferə görə 12.7 milyon funt ödəmişdilər. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31