Gündəm
İctimai Komitənin hesabat yığıncağı keçirilib
İyunun 20-də ədliyyə naziri yanında İctimai Komitənin hesabat yığıncağı keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə çıxış edən komitənin koordinatoru, millət vəkili Çingiz Qənizadə bildirib ki, 2006-cı ildən tərkibi insan hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının nümayəndələrindən formalaşdırılmış ədliyyə naziri yanında İctimai Komitə tərəfindən bu günə qədər müxtəlif cəzaçəkmə müəssisələrinə 340-dək başçəkmə həyata keçirilib.
Flora Qasımova: “Həmsədrlərin əsas məqsədi atəşkəs rejimini qoruyub saxlamaqdır”
“Həmsədrlərin əsas məqsədi atəşkəs rejimini qoruyub saxlamaqdır”. Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib. F.Qasımova bildirib ki, həmsədrlər bu gün sanki özləri üçün qənaət hasil ediblər ki, tərəflər arasında tez-tez təmasların qurulması müharibənin başlanması ehtimalını xeyli məhdudlaşdırır.
Tahir Rzayev: Ölkəmizin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır
“Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun inkişafının təmin edilməsi prioritet istiqamət təşkil edir. Bu sahənin inkişaf etdirilməsinə göstərilən davamlı dövlət qayğısının nəticəsidir ki, son illərdə ölkənin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır”.
“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Bilik Fondu ilə “Azərbaycan müəllimi” qəzeti redaksiyasının birgə keçirdikləri “Ən yaxşı yazı” müsabiqəsinə yekun vurulub. Bilik Fondunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə hər iki qurumun rəhbərləri, müsabiqə qalibləri, təşkilat komitəsinin və münsiflər heyətinin üzvləri, KİV nümayəndələri iştirak ediblər. Fonddan “Olaylar” – a bildirilib ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Nurəddin Heydərov müsabiqənin gedişi və yekunları haqqında məlumat veriblər. Qeyd olunub ki, Bilik Fondu ilə "Azərbaycan müəllimi" qəzeti redaksiyası arasında əməkdaşlıq çərçivəsində keçirilən müsabiqəyə 2017-cı il martın 1-dən start verilib.
Cəbhədə ələ keçirdiyimiz erməni kəşfiyyatçısı: "Pul müqabilində döyüş növbətçiliyinə cəlb olunuram" - VİDEO
İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.
Ərəblər Azərbaycanda qoyun ətini bahalaşdırdılar?
Təxminən 2 ay əvvəl 1 manat - 1 manat 50 qəpik ucuzlaşan ət yenidən bahalaşıb. Belə ki, Bakıda mal əti 11 manat 50 qəpik, qoyun əti 12 manat, quzu əti 13 manata təklif edilir.
Aygün Səmədzadə müğənnilərə qadağa qoydu: "Mahnılarımı oxumasınlar"
Mahnılarımı müğənnilərdən çox istəyirəm. Heç vaxt fikirləşməmişəm ki, bəstələrimi bütün müğənnilər oxusun. Fikirləşirəm ki, kimsə mahnımı gözəl oxumayacaqsa, ona heç vaxt qulaq asmayacam. Bəyənməsəm, qəbul etməyəcəm.
"Ev vermək"lə "ev yıxmağ"ın fərqi
"Jurnalistlərə mənzil verilməsi" mövzusuna həmkarlarımdan bir az daha yaxınam. Səbəb sadədir: təmsil etdiyim Jurnalistlərin Həmkarlar İttifaqı yarandığı gündən (1997-ci ildən) jurnalistlərin qayğılarını araşdırıb, problemlərin aradan qaldırılması üçün təkliflər verib. İlk gündən diqqətimizi çəkən problemlərdən biri də, jurnalistlərin mənzilsizliyi ilə bağlı olub. 2004-cü ildə problemi ictimailəşdirdik, mətbuat konfransı keçirib statistikanı açıqladıq. Həmin dövrün statistikasına görə, evsizlikdən əziyyət çəkən, aylıq əmək haqqını kirayələrə sərf edən həmkarlarımızın sayı təqribən 85% idi. Uzaq tarix deyil, qəzet oxuyan, media arxivlərinə giriş imkanı olan hər kəs kiçik araşdırma aparıb dəqiqləşdirə bilər. Mövzu diqqət çəkdi, başqa jurnalist təşkilatlarının dəstəyini qazandı, Mətbuat Şurası işə qarışdı, dövlət reaksiya verdi.
Kiprli diplomat erməni yalanını ifşa etdi
Azərbaycan, Kipr və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi beynəlxalq təşkilatın işi çərçivəsində yüksək vəzifəli Kipr diplomatı erməni yalanını ifşa edib. Bu barədə diplomatik mənbədən məlumat verilib. Daha əvvəl Ermənistan Müdafiə Nazirliyi yaydığı məlumatda iddia etmişdi ki, Kiprin xarici işlər naziri İoannis Kusulides Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşü zamanı guya Dağlıq Qarabağın "tarixi erməni torpaqları" olduğunu demişdi.
"Düşmənə apreldəkindən də ağır zərbələr vurulacaq" - General Aydəmirov
Bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov son günlər cəbhədə baş verən hadisələrə münasibət bildirərkən deyib. General-leytenant hesab edir ki, düşmənin son təxribatları iki mühüm hadisə ilə əlaqədardır: "Birinci, bayramlarımız yaxınlaşanda ermənilər hər zaman olduğu kimi cəbhədə təxribatlar törətməyə çalışırlar. Düşmən tərəfi əlamətdar günlər ərəfəsində belə yola əl atır. Bununla da daxili auditoriyaya mesaj göndərmək istəyilər ki, guya təxribatlarla Azərbaycanı sarsıdırlar. Gülünc iddiadır. Bu kimi təxribatlar bizi sarsıda bilməz. Əksinə düşmən ağır itkilərə məruz qalır.
Adı məmurla hallanan Məleykə Əsədova 30 illik gizlinləri açdı: "Bu böhtanı yayanı..."
Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisiAydın Bəşirov xalq artisti Məleykə Əsədova ilə bağlı "ölkə.az"-a sensasion açıqlamalar verib: "Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İkiotaqlı ev idi, birində erməni, birində isə Məleykə xanım yaşayırdı. Mən o evi Məleykə Əsədovaya hədiyyə vermişdim. Məleykə Əsədova həmin binada yaşayırdı, mən də tapşırıq verdim ki, həmin evi onun adına keçirtsinlər".
AMEA – da məruzələr dinlənilib
İyunun 20 – də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., dos. Rövşən Bəndəliyevin və AMEA İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin ehtimal üsulları” laboratoriyasının müdiri, f.-r.e.d., prof. Tamilla Nəsirovanın “Gecikdirilən ekranlı bir semi-markov dolaşma prosesinin kəsr tərtibli və sabit əmsallı adi diferensial tənliklə təsviri” mövzusunda birgə məruzələri olub.
Dünya şöhrətli alim Qərb Universitetində mühazirələr deyəcək
Dünya şöhrətli riyaziyyatçı alim, fizika-riyaziyyat elmlər doktoru, professor Məsud Əfəndiyev Qərb Universitetində mühazirələr deyəcək. Bunu “Olaylar” – a açıqlamasında M.Əfəndiyev bildirib. Professor deyib ki, onun Qərb Universiteti ilə çoxspektrli əməkdaşlığı nəzərdə tutulur və bu əməkdaşlıq çərçivəsində tələbə və müəllimlər üçün mühazirələrlə yanaşı, universitet tələbələrinin Almaniyanın və Avropanın digər ölkələrində uzun və qısamüddətli təhsil proqramlarında iştirakına dəstək göstəriləcək.
Latviyalı nazir azərbycanlı həmkarı ilə görüşdü
İyunun 20 – də Latviya Respublikasının Nəqliyyat Naziri, Hökumətlərarası Komissiyanın həmsədri Uldis Auqulisin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad ediblər. Daha sonra Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib. İclası giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər Naziri, Azərbaycan tərəfdən Hökumətlərarası Komissiyanın həmsədri H.Bağırov ölkələrimiz arasında əməkdaşlıq ilə bağlı məlumatları diqqətə çatdırıb, bu görüşün səmərəli olacağı, gələcəkdə əlaqələrin daha da geniş inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
Aşıqlar Birliyinin rəhbərliyi Aşıq Ədalətə baş çəkib
Əməkdar İncəsənət Xadimi, ustad sənətkar Ədalət Nəsibov Azərbaycan aşıq sənətinin cağdaş dövrümüzdə yaşayan canlı klassikidir. Birlikdən “Olaylar” – a verilən məlumata görə, son dövrdə ustad sənətkarın səhhətində yaranmış problemlə əlaqədar Türkiyədə müayinə olunduqdan sonra Vətənə qayıdan ustad sənətkarın müalicəsi hazırda öz evində davam etdirilir. Azərbaycan Aşıqlar Birliyi yenə də Dədə Ədalətə öz həssas münasibətini göstərir. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, iyunun 20-də AAB-nin sədri, əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, təşkilati işlər üzrə katib Altay Məmmədli, əməkdar Mədəniyyət İşçisi Samirə Əliyeva və AAB gənclər şurasının sədri Əli Tapdıqoğlu Ədalət Nəsibova baş çəkib, onun səhhəti və müalicəsinin gedişi ilə maraqlanıblar.














