Gündəm
"Lotu Quli"nin yaxınlarına hökm oxunacaq - Müğənni İntizarı silahla hədələyiblər...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilənlər - Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Akif Çovdarovun səhhəti ilə bağlı açıqlama
Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Faiq Qurbanovləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan sabiq idarə rəisi Akif Çovdarovun vəkillərinin onun səhhətindəki problemlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Qonşuluğumuzda bir ölkə itir
Ermənistan parlamentində ölkə hökumətinin 2017-2022-ci illərdəki fəaliyyət proqramı müzakirə olunub. "Yelk" ("Çıxış") müxalifət blokundan olan deputat Edmon Marukyan da müzakirələr əsnasında baş nazir Karen Karapetyana "2018-ci ildən sonra da hökumətə başçılıq etmək niyyətindəsiniz?" sualını verib.
Trampdan "birləşmək" ÇAĞIRIŞI
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Demokratik Partiya səhiyyə, vergilər və təhlükəsizlik məsələlərində respublikaçılarla birləşsəydi, daha səmərəli olardı. Bu barədə dövlət başçısı "Twitter" hesabında yazıb.
"Lapşinin səhhəti nəzarətdə saxlanılır"
Həbsdə olan bloqer Aleksandr Lapşinin səhhəti daim nəzarətdə saxlanılır. Bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib.
İctimai nəqliyyatda ödəniş yeni üsulla olacaq
Payızda Bakının ictimai nəqliyyatında sərnişinlər üçün yeni təmassız ödəniş üsulu təqdim ediləcək. Bunu layihəyə yaxın mənbə məlumat verib. Məlumata əsasən, Bakı Metropolitenində və sərnişin avtobuslarında quraşdırılmış kart-riderlərin də dəstəklədiyi xüsusi kartlar tədavülə buraxılacaq.
"Ramazan bayramı ilə əlaqədar 65 min suriyalı mühacir ölkəsinə gedib"
Ramazan bayramı ilə əlaqədar 65 min suriyalı mühacir ölkəsinə gedib. Bu barədə Türkiyə baş nazirliyi yanında Təbii fəlakət və fövqəladə vəziyyətlərin idarəçiliyi üzrə idarənin (AFAD) rəhbəri Mehmet Halis Bilden Türkiyədə səfərdə olan bir qrup jurnalistlə görüşdə bildirib.
Teatr mükafatlandıracaq
Musiqili Teatrının 107-ci mövsümü yekunlaşmaq üzrədir. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, mövsümün başa çatması ilə əlaqədar Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq. Artıq bir neçə ildir ki, kollektivdə yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşlar mövsümün sonunda mükafatlandırılır. Tədbirdə “Mövsümün aktrisası”, “Mövsümün aktyoru”, “Mövsümün perspektivli aktyoru”, “Mövsümün perspektivli aktrisası”, “Mövsümün sevilən aktrisası”, “Mövsümün ən məhsuldar aktyoru”, “Bərpa tamaşasında uğurlu rola görə”, “Mövsümün ən işgüzar əməkdaşı”, “Mövsümün debütü - aktrisa”, “Mövsümün debütü - aktyor”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı musiqiçisi”, “Mövsümün ən yaxşı texniki işçisi” nominasiyaları üzrə qaliblər bəlli olacaq. Mərasimdə həmçinin “Mövsümün ən yaxşı tamaşası” elan olunacaq.
Azərbaycanlı alimlər 5-ci Beynəlxalq Texnoloji İnkişaf forumunda
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)nümayəndə heyəti 20-22 iyun – da Rusiyanın Novosibirsk şəhərində keçirilən “Texnoprom 2017” 5-ci Beynəlxalq Texnoloji İnkişaf forumunda iştirak edir. Akademiyadan “Olaylar” – a bildirilib ki, AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev forumda iştirak etmək üçün Rusiyada səfərdədir. Beynəlxalq müzakirələr üçün geniş platforma hesab olunan 5-ci Beynəlxalq Texnoloji İnkişaf forumunda elmin tərəqqisi, yeni texnologiyalar, iqtisadiyyatın inkişafı üçün yeni modellərin yaradılması yolları və s. məsələlər müzakirə olunur.
Nardaran sakini tüfəngi könüllü olaraq polisə təhvil verib
Nardaran sakini tüfəngi könüllü olaraq polisə təhvil verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Mirzədadaş Cəlilov müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub
İyunun 18-19-da rayon ərazisində 1 evdən, 1 mağazadan, 1 torpaq sahəsindən və 1 emalatxanadan müvafiq olaraq gümüş sırğa, noutbuk, velosdiped, təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nadir Məmmədov tutulub. Araşdırma aparılır.
Oğurluğun üstü 2 ildən sonra açıldı
Abşeron rayonunda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2015-ci ilin noyabr ayında rayon ərazisindəki evlərdən birindən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakini Kamran İsmayılov tutulub. Araşdırma aparılır.
Sürücü və oğlu avtoqəzada ölüb
İyunun 20-də saat 22 radələrində Sabirabad rayonunun Nizami kəndi ərazisində Saatlı rayon sakini Həsənxan Astanovun idarə etdiyi “VAZ-2106” markalı və Qazax rayon sakini Aqil Nuriyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. DİN-dən “Olaylar”a verilən məlumata görə, nəticədə H.Aslanov və sərnişini, oğlu Dəyanət hadisə yerində ölüblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
“Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin ikinci mərhələsinə start verildi
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi tərəfindən icra edilən “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin ikinci mərhələsinə start verilib.
“Bitki ekologiyası" adlı kitab çapdan çıxıb
AMEA Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri, b.ü.e.d. Elman İsgəndərin “Bitki ekologiyası” adlı kitabı çap olunub. Akademiyadan “Olaylar” – a bildirilib ki, kitabda bitkilərin müxtəlif şəraitlərdə bioekoloji xüsusiyyətləri və fərqli ekaloji amillərə qarşı biruzə verdikləri əlamətlər öz əksini tapıb.







.jpg)






