Azərbaycanlı alimlər 5-ci Beynəlxalq Texnoloji İnkişaf forumunda
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)nümayəndə heyəti 20-22 iyun – da Rusiyanın Novosibirsk şəhərində keçirilən “Texnoprom 2017” 5-ci Beynəlxalq Texnoloji İnkişaf forumunda iştirak edir. Akademiyadan “Olaylar” – a bildirilib ki, AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev forumda iştirak etmək üçün Rusiyada səfərdədir. Beynəlxalq müzakirələr üçün geniş platforma hesab olunan 5-ci Beynəlxalq Texnoloji İnkişaf forumunda elmin tərəqqisi, yeni texnologiyalar, iqtisadiyyatın inkişafı üçün yeni modellərin yaradılması yolları və s. məsələlər müzakirə olunur.
21 İyun 2017 16:46 SosialAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA)nümayəndə heyəti 20-22 iyun - da Rusiyanın Novosibirsk şəhərində keçirilən "Texnoprom 2017" 5-ci Beynəlxalq Texnoloji İnkişaf forumunda iştirak edir. Akademiyadan "Olaylar" - a bildirilib ki, AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev forumda iştirak etmək üçün Rusiyada səfərdədir. Beynəlxalq müzakirələr üçün geniş platforma hesab olunan 5-ci Beynəlxalq Texnoloji İnkişaf forumunda elmin tərəqqisi, yeni texnologiyalar, iqtisadiyyatın inkişafı üçün yeni modellərin yaradılması yolları və s. məsələlər müzakirə olunur. Forumun ilk günü ənənəvi olaraq, hər il keçirilən "STİ Expo" -Elm, Texnologiya və İnnovasiya sərgisinin açılışı olub.Rusiyanın aparıcı alim və tədqiqatçıları, sənaye biznesi nümayəndələri, texnologiya sahəsində fəaliyyət göstərən sahibkarlar, iş adamlarının iştirak etdiyi forumda 5000-dən çox insanın iştirakı nəzərdə tutulub."Yeni Sənaye İnqilabı: Gələcəyini qazan" şüarı altında keçirilən forumun məqsədiRusiya iqtisadiyyatında texnologiya sahəsində liderliyi təşviq etmək və iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaqdır. 3 gün davam edəcək forumda "Yeni sənaye inqilabı" çərçivəsində Rusiya iqtisadiyyatının şaxələndirilməsi, ənənəvi bazarlarda idxal olunan məhsulların əvəzlənməsi və yeni texnologiyalar əsasında hazırlanan məhsulların xarici bazarlara çıxarılması və s. istiqamətlərdə müzakirələr aparılacaq. Elm, sənaye və innovativ biznes sahəsinin aparıcı nümayəndələri arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması və gənclərin bu sahələrə cəlb edilməsi, yüksək texnologiyalar sahəsində startapların inkişaf etdirilməsi də forumda müzakirə ediləcək əsas məsələlərdəndir.