Gündəm

Sabahdan bulvarın bağlı hissəsi açılacaq

21 İyun 2017 18:25

Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı işlər plana uyğun həyata keçirilir. Bunu özəl olaraq Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Qadın 8-ci mərtəbədən yıxıldı - vəziyyəti yaxşıdır

21 İyun 2017 18:22

Ukraynada qadın çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb. Evinin eyvanından küçə musiqiçilərinə baxmaq istəyən yaşlı qadın tarazlığını itirərək 8-ci mərtəbədən yıxılıb. Ölümlə üz-üzə qalan yaşlı qadın təxminən 1 saata yaxın dəmirlərdən asılı vəziyyətdə qalıb.

23 nəfəri ildırım vurdu - DƏHŞƏTLİ GECƏ

21 İyun 2017 18:20

Banqladeşdə musson mövsümündə intensiv yağan yağışlar çayların məcrasından çıxmasına səbəb olub. Kəskin hava şəraiti çoxsaylı inasan ölümlərilə nəticələnib. 

Yevlaxda qumbara partlayıb, bir nəfər ölüb

21 İyun 2017 18:16

Əlində qumbara partlayan Yevlax sakini ölüb. Yevlax rayon Prokurorluğundan verilən məlumata görə, iyunun 21-də Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Mustafayev Tural Süləddin oğlunun rayon ərazisində istifadəsiz tikilidə ilkin ehtimala görə əl qumbarasının partlaması nəticəsində ölməsi faktına görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Anxel di Maria HƏBS olunur?

21 İyun 2017 18:11

"PSJ"də forma geyinən Anxel di Mariaya vergidən yayındığı üçün 1 il həbs və 2 milyon avro pul cəzası barədə qərar verilib. Həbs cəzası təxirə salınıb. Fransa klubunun argentinalı ulduzu "Real Madrid"də oynadığı dönəmdə 1,3 milyon avro vergidən yayınıbmış. 29 yaşlı oyunçu 2 milyon avroluq pul cəzasını ödəmək məcburiyyətindədir.

Zərərçəkmiş məhkəmədə sabiq MTN generalını ittiham etdi

21 İyun 2017 18:05

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı olmuş polkovnik Azər Mehdiyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Fransada dəniz sahilləri "kokain"lə zibilləndi

21 İyun 2017 18:03

Fransanın cənub-qərbindəki Land rayonu ərazisində dəniz suları 1,5 ton kokaini sahilə vurub. Polisin yaydığı məlumata görə, narkotik vasitələri daşıyan şəxslərin olduğu rezin qayıqlar suda çevrildikdən sonra kokain dənizə dağılıb. Həmin şəxsləri xilas etmək üçün qəza yerinə hərbçilər cəlb olunub.

12 milyon mənimsəməkdə təqsirləndirilən sahibkar məhkəmə önündə

21 İyun 2017 17:54

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamıCeyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Zabir Əliyev vəkillərin suallarını cavablandırıb.

Gənc istedadlar xüsusi təqaüdə layiq görüldülər - SİYAHI

21 İyun 2017 17:52

Prezident İlham Əliyev Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

Yeganə: "Ərim ilk tanış olanda mənə nifrət edirdi"

21 İyun 2017 17:50

Müğənni Yeganə Akbudaq (Mürsəlova) "Zarafat-zarafat" verilişinin qonağı olub. Sənətçi türkiyəli həyat yoldaşı Fatihlə tanış olma anlarından söz açıb: "Yağışlı bir gün idi, İstanbulu sel-su aparırdı. Həmin gün tanış olduq. Elə həmin gün dalaşdıq. İş prosesində tanış olmuşduq. Qayıtdı ki, nə qədər mədəniyyətdən uzaq bir xanımsan. Mən də onun haqqında eyni sözü dedim. Bir-birimizə nifrət edirdik. Sonra münasibət davam etdi. Tanış olandan 5 ay sonra bildi ki, mən müğənniyəm. Evləndik və hələ xoşbəxt yaşayırıq".

Məleykə Əsədovanın qalmaqala səbəb olan villasının görüntüləri – VİDEO

21 İyun 2017 17:48

Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun Xalq artisti Məleykə Əsədovailə bağlı ölkə.az -a müsahibəsində “Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İkiotaqlı ev idi, birində erməni, o birində isə Məleykə xanım yaşayırdı” deməsi bu gün sosial mediada ən çox müzakirə olunan mövzulardan biri olub.

Səyyaf İsmayılova "Əməkdar dövlət qulluqçusu" fəxri adı verildi

21 İyun 2017 17:45

Prezident İlham Əliyev S.F.İsmayılova "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Tank aşdı: 1 hərbçi həlak oldu - Yaponiyada

21 İyun 2017 17:43

Yaponiyanın Hokkaydo adasında hərbi təlimlər zamanı tank aşıb. Hadisə nəticəsində bir nəfər həlak olub. Qəza zamanı tankın içərisində 4 hərbçi olub. Onlardan biri tank aşdıqdan sonra ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olub. Tankda olan digər hərbçilər xəsarət almayıblar.

“Transformerlər: Sonuncu cəngavər”

21 İyun 2017 17:28

Rejissor Maykl Beyin fantastik blokbasterinin beşinci hissəsinin “Transformerlər: Sonuncu cəngavər” premyerası ərəfəsində filmin 98%-nin IMAX®kameriası ilə çəkib. Bey filmdə unikal kino təəsssüratı yaratmaq üçün IMAX® kamerasının üstünlüklərindən faydalanan dünyaca məşhur rejissorların təcrübəsindən yararlanmaq qərarına gəlib. Rejissor-vizyonçu Maykl Bey “Transfromerlər: Sonuncu cəngavər” filminin çəkilişi üçün iki yeni ALEXA IMAX® kamerasından istifadə edir və nəticədə IMAX®3D formatı tamamilə yeni keyfiyyətə sahiblənir. Və yalnız IMAX-da “Transformerlər” fanatları standart kinozallardan fərqli olaraq 26% daha çox görüntü görə biləcəklər, bu isə öz növbəsində daha möhtəşəm keyfiyyət, filmdən maksimal zövq alma və IMAX®3D formatından unudulmaz təəssüratlar deməkdir. Yeni IMAX fomatında “Transformerlər” izləyicilərə demək olar ki, filmdə baş verən hadisələrə qərq olmağa və avtobotların iştirakı ilə həqiqi döyüşün mərkəzində olmağa imkna yaradır.

Rusiya polisi erməni yalanını ifşa etdi

21 İyun 2017 17:27

Rusiyanın Çelyabinsk şəhərində 35 yaşlı Ermənistan vətəndaşı hücuma məruz qalması barədə polisə məlumat verib. Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, o, borclarını qaytarmaq istəmədiyi üçün yalan məlumat uydurub.