Məleykə Əsədovanın qalmaqala səbəb olan villasının görüntüləri – VİDEO

Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun Xalq artisti Məleykə Əsədovailə bağlı ölkə.az -a müsahibəsində “Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İkiotaqlı ev idi, birində erməni, o birində isə Məleykə xanım yaşayırdı” deməsi bu gün sosial mediada ən çox müzakirə olunan mövzulardan biri olub.

Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun Xalq artisti Məleykə Əsədovailə bağlı ölkə.az -a müsahibəsində "Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İkiotaqlı ev idi, birində erməni, o birində isə Məleykə xanım yaşayırdı" deməsi bu gün sosial mediada ən çox müzakirə olunan mövzulardan biri olub.

Oxu.Az xəbər verir ki, M.Əsədova isə yenicag.az-a açıqlamasında A.Bəşirovun söylədiklərinə etiraz olaraq "1988-ci ildə "Baksovet"də olan o evi toylara gedə-gedə, alın tərimlə topladığım pulla almışam. Bir mənzildə iki adam yaşayırdı, mənim evim 25 kvadratlıq idi, o biri mənzil isə 11 kvadratdan ibarət idi. O evin sahibəsi dünyasını dəyişdi. Həmin ev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında idi, rejissor Lütfi Məmmədbəyov bu evin mənə verilməsi üçün qurumun rəisi Aydın Bəşirova müraciət etdi. Yaradıcı insan kimi o evi mənə verdilər. Onu satıb, indiki evimi tikmişəm", - deyib.

Bu ilin aprelində isə ARB TV-nin "Evgördü" verilişinin yaradıcı heyəti Xalq artistinin möhtəşəm villasında çəkiliş aparmışdı. Həmin görüntüləri təqdim edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31