Gündəm
Norveç alimləri: Qələmlə yazmaq beynin inkişafına müsbət təsir göstərir
Qələmlə yazmaq beynin inkişafına müsbət təsir göstərir. Norveç alimləri belə bir nəticəyə gəliblər ki, qələmlə yazan uşaqlar klaviaturadan istifadə edənlərə nisbətən daha yaxşı oxuyurlar. Onlar bildiriblər ki, qələm və kitabdan kompüter monitoru və klaviaturasına keçəndə, beynin inkişaf prosesində nəsə itir. Çünki oxumaq və yazmaq bizim bir neçə hisslərimizi inkişaf etdirir.
Diqqət: Tünd şokolad meyvə şirəsindən daha faydalıdır
ABŞ alimlərinin fikrincə, tünd şokolad və kakao tozu tərkibindəki antioksidantların miqdarına görə meyvə şirələrini üstələyir.
Gündə 300 qram ispanaq ye, “dəmir” əzələlərə sahib ol!
İsveçin Karolina İnstitutunun alimlərinin fikrincə, gündə 300 qram ispanaq yeməklə sözün əsl mənasında “dəmir” əzələlərə sahib olmaq mümkündür. Tədqiqatçılar müəyyən ediblər ki, məhz bu miqdarda yaşıl tərəvəz əzələlərin oksigenə tələbatını 5 faiz azaldır. Odur ki, əzələlərin effektivliyi xeyli artır.
Quru meyvə pəhrizi barədə bilmədiklərimiz...
Quru meyvə pəhrizi 3-5 gün davam edə bilər.Bu müddət ərzində quru meyvələri qoz ləpəsi ilə qarışdırıb yemək məsləhət görülür. Başlanğıc üçün 3 növ quru meyvə və qoz-fındıq ləpəsi olmaqla hər biri 100 qr -lıq kiçik paketlər hazırlamaq olar. Qadınlara: 100 qr-lıq 5 paket Kişilərə: 100 qr-lıq 7 paket
Bal yaddaşı gücləndirir və təşvişi aradan qaldırır
Yeni zelandiyalı mütəxəssislər təsdiq edirlər kı, bal yaddaşı gücləndirir və təşvişi aradan qaldırır. Alimlər, laboratoriya siçovulları üzərində tədqiqat apararaq bu nəticəyə gəliblər. Məlum olub ki, bal pəhrizini saxlayan siçovullar saxaroza və ya şəkərsiz pəhrizdə olan siçovullara nisbətən daha fəal və zirək, məkan yaddaşları daha güclü olur. Tibbi nöqteyi-nəzərdən, balın tərkibində bioloji cəhətdən qiymətli maddələr və tez həzm olunan karbohidratlar vardır.
Bunu bilirdiniz?- Qara çay oynaqları sıradan çıxarır
Gün ərzində 4 fincan qara çay revmatoid artrit riskini xeyli artırır. 50-79 yaş arasında 76 qadının xəstəlik tarixçəsini araşdıran ABŞ alimləri belə qənaətə gəliblər ki, çay içmək oynaqlar üçün ziyandır.
Bu şəhərdə 20 min adamı gənə dişlədi: 500 nəfər xəstəxanada
Rusiyanın Yekaterinburq şəhərində 500 nəfərə yaxın insan gənə dişləməsi nəticəsində xəstəxanaya yerləşdirilib. Ümumilikdə 20 minə yaxın insan gənə dişləməsinə məruz qalıb. Onlardan 4 mini uşaqdır. Məlumata görə, artıq şəhərdə dezinfeksiya işlərinə başlanılıb.
Gözəl görünmək istəyən xanımlara kosmetoloqdan ÖZƏL MASKA
Gözəl görünmək hər qadının arzusudur. Hansı qadın təmiz və qüsursuz dəriyə sahib olmaq istəməz ki?! Ancaq bunun üçün xanımlar evdə dərilərinə qulluq etməli, müxtəlif maskalar düzəltməlidirlər. Kosmetoloq Xariqə Quliyeva xanım oxucularına 3 özəl maska reseptini açıqlayıb.
Ronaldunun meneceri "Barselona" ilə danışıqlara başladı
Krişitanu Ronaldunun meneceri Xorxe Mendeş "Barselona" rəhbərliyi ilə görüşüb. Məşhur menecerin Barselonaya gedərək klub rəsmiləri ilə danışıqlar aparması müxtəlif şaiyələrə səbəb olub. Bildirilib ki, Mendeş "Real"dan ayrılmaq istəyən Ronaldu ilə bağlı danışıqlar aparıb. Amma "El Mundo Deportivo" görüşün portuqaliyalı futbolçu ilə bağlı olmadığını yazıb. Qəzetin əldə etdiyi məlumata görə, Mendeş "Barselona" rəhbərliyi ilə komandadan ayrılması gözlənilən Arda Turan və Andre Qomeslə bağlı görüşüb.
UEFA 2 klubla bağlı qərarını açıqladı
UEFA Almaniyanın "Leipzig" və Avstriyanın "Zalsburg" klublarının 2017/18 mövsümündə Çempionlar Liqasında oynamasına razılıq verib.
Vergi Məcəlləsində dəyişiklik edildi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 701-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Qarabağa qanunsuz səfər edən turistlərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş rayonu Kəlbəcərə getmiş turistlər haqqında məlumat verib. XİN-in mətbuat xidmətinin rəhbəri baku.ws-yə bildirib ki, həmin turistlərin vətandaşlığı araşdırılacaq: "Ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərinə turist kimi getmək qeyri-mümkündür. Məsələ araşdırılıb məlumat veriləcək. Həmin turistlərin vətəndaşlığı öyrənilib ölkələrinə məlumat veriləcək. Həm də ola bilsin ki, bu, ermənilərin növbəti təxribatıdır".
Övlad qatili anaların xəstəliyi açıqlandı - TƏHLÜKƏDƏN QORUNUN!
Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu Elşən Mustafayevin doğum sonrası psixoz haqda məqaləsini təqdim edirik. Uşağın dünyaya gəlişi hər bir ailə üçün sevincdir. Ancaq bəzi hallarda bu proses qadının həyatında xoşagəlməz dəyişikliklərə səbəb olur. Doğuşdan bir müddət sonra qadın özünü qəribə aparır. Adətən bu dəyişiklik özünə qapılmaq, qorxu hissi keçirmək, küçəyə çıxmamaq kimi hallarla özünü büruzə verir. Bu zaman ciddi problem yaranır - doğum sonrası psixoz.
"Karabakh Vienna" Avstriyada üçüncü dəfə çempionluğa sahib oldu
Avropada uğurlu çıxışıyla azarkeşlərimizi sevindirən "Karabakh Vienna" Avstriyanın Stadt Liqasında bütün rəqiblərini qabaqlayaraq çempionluq sevinci yaşayıb. Cari mövsüm digər klublardan daha yaxşı oyun sərgiləyən klub vaxtından əvvəl qızıl medalı təmin etməklə ölkənin Regional Liqasinda yüksəldi.
Həkimə getmədən evdə özünüzü müayinə edin – SADƏ YOLU
Hər birimiz sağlamlığımızın nə qədər mühüm olduğunu bilirik. Təəssüf ki, vaxtında həkim müayinəsinə getmək kimi vərdişimiz yoxdur. Amma həkimə getmədən də evdə özünüzü müayinə edə bilərsiniz. Necə?














