UEFA 2 klubla bağlı qərarını açıqladı

UEFA  Almaniyanın "Leipzig" və Avstriyanın "Zalsburg" klublarının 2017/18 mövsümündə Çempionlar Liqasında oynamasına razılıq verib.

UEFA  Almaniyanın "Leipzig" və Avstriyanın "Zalsburg" klublarının 2017/18 mövsümündə Çempionlar Liqasında oynamasına razılıq verib. UEFA-nın qaydalarına görə, sahibi və ya sponsoru eyni olan klubların qitənin ali futbol qurumunun bayrağı altında keçirilən yarışlarda iştirakına icazə verilmir. Sözügedən klubların sahibi və sponsoru "Red Bull" firması idi. Lakin UEFA-nın müvafiq orqanları tərəfindən aparılan araşdırmalardan sonra bu iki klubun bir-biri ilə hansısa bağlılığının olmadığı aşkarlanıb və hər iki klubun ÇL-də oynamasına razılıq verilib. "Leipzig" ÇL-in yeni mövsümünə birbaşa qrup mərhələsindən, "Zalsburg" isə 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31