Gündəm

Azərbaycan və Moldova prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB

22 İyun 2017 11:19

İyunun 22-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti İqor Dodon ilə təkbətək görüşü olub. 

Sevinc Fətəliyeva: “Prezidentin sərəncamı dini konfessiyalara göstərilən diqqətdir”

22 İyun 2017 11:17

“Ölkəmizdə bütün dini konfessiyaların fəaliyyəti üçün normal, bərabər şərait yaradılıb. Dövlətimiz hər zaman dini konfessiyalara diqqət göstərir. Dövlət başçısının dini icmalara yardımların edilməsi ilə bağlı sərəncamında da vurğulandığı kimi sivilizasiyaların qovuşuğunda yerləşən və birləşdirici körpü rolunu oynayan Azərbaycan qədim mədəniyyət mərkəzlərindən biri olaraq özünün unikal geosiyasi mövqeyi sayəsində multikultural nailiyyətlər qazanmış və tolerantlıq mühitinin formalaşmasına əvəzsiz töhfələr verib”. Bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Sevinc Fətəliyeva Prezident İlham Əliyevin dini icmalara yardım edilməsi ilə bağlı sərəncamını şərh edərəkən deyib.

Diplomatın qızına avtobus dayanacağında təcavüz etdilər - "Arxadan yaxınlaşıb əli ilə..."

22 İyun 2017 11:12

Almaniya səfirliyində bir diplomatın 15 yaşlı qızı 15 iyun səhəri, saat saat 07.30 radələrində məktəbin avtobusunu gözləyərkən bir kişinin təcavüzünə məruz qalıb. Diplomatın şikayətindən sonra hadisə araşdırılıb və həmin şəxsin Hollandiya səfirliyində təhlükəsizlik işçisi olaraq çalışan 33 yaşlı Onur Ö. olduğu üzə çıxıb. "Təcavüz etmədim" deyən Ö. həbs olunub.

Daniel Day-Lewis filmlərdə rol almayacaq

22 İyun 2017 11:02

Abraham Lincolnu canlandırdığı 'Lincoln' filmiylə yaddaşlarda qalan  3 Oskar mükafatı qazanan aktyor  Daniel Day-Lewis aktyorluqdan imtina etdiyini açıqlayıb. "Olaylar" "Sözcüy" - yə istinadən bildirir ki, “Qandi”, “Mənzərəli otaq”, “Sol ayağım”, “Atam üçün”, “Jack və Rosenin mahnısı”, “Qan töküləcək”  kimi filmlərlə tanınan və üç Oskar mükafatına sahib olan aktyorun yaradıcılığı daha çox  ABŞ-da  köləliyi aradan qaldıran 16 – cı prezidenti Abraham Lincolu  canlandırdığı obrazla xatırlanır.

“Molla Pənah Vaqifin söz dünyası və məktəbi” adlı elmi sessiya

22 İyun 2017 10:59

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “M.P.Vaqifin söz dünyası və məktəbi” adlı elmi sessiya keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov çıxış edərək dahi sənətkarın Azərbaycanın bədii söz və fikir tarixindəki rolundan danışıb. M.P.Vaqifin XVIII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olduğunu söyləyən alim onun öz ənənələri ilə seçilən ədəbi məktəb yaratdığını bildirib. R.Hüseynov Vaqifin Azərbaycanın siyasi mühitində də mühüm rol oynadığını, ictimai xadim kimi müdrikliyi və uzaqgörənliyi ilə tarixdə iz buraxdığını qeyd edib. Akademikin sözlərinə görə, Vaqifin ədəbi irsi və siyasi fəaliyyətinin dərindən araşdırılıb öyrənilməsi ədəbiyyatşünas alimlərin qarşısında duran əsas hədəflərdəndir.

Məscidi partlatdıldı

22 İyun 2017 09:49

İŞİD silahlıları İraqın Mosul şəhərinin əsas məscidi “Ən-Nuri”ni partladıblar. 2014-cü ilin iyulunda “Ən-Nuri” məscidində çıxış edən İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadi yeni xəlifəliyin yarandığını və özünü onun rəhbəri elan etmişdi.

Türkiyədə növbəti zəlzələ

22 İyun 2017 09:46

Türkiyənin İzmir vilayəti yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Egey dənizində, ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ İzmir şəhərində və ətraf ərazilərdə də  hiss olunub.

Dövlət Elmi Tibb Kitabxanasının elektron kataloqunda c 1129 nüsxə kitab qeydiyyatdan keçib

22 İyun 2017 09:43

Səhiyyə Naziri Oqtay Şirəliyevin 19.12.2014-cü il tarxili 136 №li əmrinə əsasən Respublika Dövlət Elmi Tibb Kitabxanasının rəsmi saytı yaradılıb (www.snetk.az). Saytda kitabxana haqqında məlumatlar ilə yanaşı kitabxananın fondunun elektron kataloqu əks etdirilib.  Səhiyyə Nazirliyinin təşəbbüsü və səyləri nəticəsində elektron kataloqun təşkil və inkişaf edilməsi üçün xüsusi kitabxana-biblioqrafiya proqramı yaradılıb. Bu proqram lokal olaraq kitabxana-biblioqrafiya resurslarının hazırlanması, komplektləşdirməsi və oxuculara xidmət üçün nəzərdə tutulub. Proqram vasitəsilə ənənəvi kataloq kartoçkasının çapı da mümkündür.

Azərbaycanda iki Universitetə publik hüquqi şəxs statusu verilir

21 İyun 2017 21:18

Azərbaycan prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalayıb.

Hamilələrin diqqətinə! Səyahət edərkən ehtiyatlı olun

21 İyun 2017 20:10

Hamiləlik dövründə problemsiz səyahət etmək üçün nələrə diqqət etmək lazımdır?

Əl baqajı üçün “3D” skanerlərin sınaqları keçirilir

21 İyun 2017 20:00

ABŞ Nəqliyyat Təhlükəsizlik İdarəsi əl baqajlarını üçölçülü skaner texnologiyası vasitəsilə yoxlamağa başlayıb. Metodika partlayıcı maddənin daha effektiv aşkarlanmasına kömək edir.

“Workhorse” şirkəti hibrid sərnişin dronunu təqdim edib

21 İyun 2017 19:53

Fransada keçirilən aviasalonda ABŞ-ın “Workhorse” şirkəti hibrid sərnişin dronunu təqdim edib. Məlumata görə, “SureFly” adlı dron ikiyerli oktakopter formasında düzəldilib. Dron ehtiyat akkumulyatorla təchiz edilib, generator sıradan çıxdığı halda batareya “SureFly” dronunu 5 dəqiqəlik uçuş enerjisi ilə təmin edəcək və bu, yerə eniş etmək üçün kifayətdir. Bundan başqa, aparat fövqəladə hallar üçün paraşütlə təchiz edilib.

“Samsung Galaxy Note 8” smartfonunun təqdimat tarixi bəlli olub

21 İyun 2017 19:49

“Samsung” şirkətinin “Note” seriyasına məxsus yeni smartfonunun təqdimetmə tarixi məlum olub. “The Investor” nəşri yazır ki, insayderin sözlərinə görə, sözügedən qurğu 2017-ci il 26 avqust tarixində təqdim ediləcək.

Süni intellekt dənli bitkiləri xəstəlik və zərərvericilərdən qoruyacaq

21 İyun 2017 19:44

Çoxsahəli “Monsanto” transmilli şirkəti  bitkilərin biotexnologiyası sahəsi üzrə dünya lideridir. Bu şirkətin mütəxəssisləri onilliklər boyunca  istənilən şəraitdə yetişən, virus və təhlükəli zərərvericilərə qarşı davamlı yeni genetik dəyişilmiş bitkilər yaratmaq üçün səy göstərirlər. “Monsanto” şirkəti öz məqsədinə nail olmaq üçün ən qabaqcıl texnologiyalardan istifadəyə üstünlük verir. Məsələn, bu yaxınlarda məlum olub ki, sözügedən şirkət süni intellekt sahəsində lider sayılan “Atomwise” şirkəti ilə öz səylərini birləşdirəcək.

Eynşteynin məktubları hərracda satıldı 210 min dollara

21 İyun 2017 19:40

Görkəmli alim Albert Eynşteynin fizika və Allah haqqında fikirlərinin əks olunduğu məktubları hərracda 210 min dollara satılıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, satış məbləği hərrac təşkilatçılarının gözlədiklərindən qat-qat üstün olub.