Dövlət Elmi Tibb Kitabxanasının elektron kataloqunda c 1129 nüsxə kitab qeydiyyatdan keçib

Səhiyyə Naziri Oqtay Şirəliyevin 19.12.2014-cü il tarxili 136 №li əmrinə əsasən Respublika Dövlət Elmi Tibb Kitabxanasının rəsmi saytı yaradılıb (www.snetk.az). Saytda kitabxana haqqında məlumatlar ilə yanaşı kitabxananın fondunun elektron kataloqu əks etdirilib.  Səhiyyə Nazirliyinin təşəbbüsü və səyləri nəticəsində elektron kataloqun təşkil və inkişaf edilməsi üçün xüsusi kitabxana-biblioqrafiya proqramı yaradılıb. Bu proqram lokal olaraq kitabxana-biblioqrafiya resurslarının hazırlanması, komplektləşdirməsi və oxuculara xidmət üçün nəzərdə tutulub. Proqram vasitəsilə ənənəvi kataloq kartoçkasının çapı da mümkündür.

Səhiyyə Naziri Oqtay Şirəliyevin 19.12.2014-cü il tarxili 136 №li əmrinə əsasən Respublika Dövlət Elmi Tibb Kitabxanasının rəsmi saytı yaradılıb (www.snetk.az). Saytda kitabxana haqqında məlumatlar ilə yanaşı kitabxananın fondunun elektron kataloqu əks etdirilib.

Səhiyyə Nazirliyinin təşəbbüsü və səyləri nəticəsində elektron kataloqun təşkil və inkişaf edilməsi üçün xüsusi kitabxana-biblioqrafiya proqramı yaradılıb. Bu proqram lokal olaraq kitabxana-biblioqrafiya resurslarının hazırlanması, komplektləşdirməsi və oxuculara xidmət üçün nəzərdə tutulub. Proqram vasitəsilə ənənəvi kataloq kartoçkasının çapı da mümkündür.

Artıq proqram üzrə 1129 nüsxə kitab qeydiyyatdan keçirilib. Oxucular təkcə kitab haqqında ümumi məlumatlar deyil, həm də onun mündəricatı ilə də tanış ola bilirlər. Katoloqda bir sıra ünsürlər üzrə axtarış apara bilərlər: açar sözlər, kitabın müəllifi, kitabın sərlövhəsi (adı), İSBN.

Qeyd edək ki,  sayt dinamik şəkildə tərtib edilib. Həmçinin Səhiyyə Nazirliyinin saytında kitabxananın saytına link vasitəsilə də daxil olmaq mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31