Daniel Day-Lewis filmlərdə rol almayacaq

Abraham Lincolnu canlandırdığı 'Lincoln' filmiylə yaddaşlarda qalan  3 Oskar mükafatı qazanan aktyor  Daniel Day-Lewis aktyorluqdan imtina etdiyini açıqlayıb. "Olaylar" "Sözcüy" - yə istinadən bildirir ki, “Qandi”, “Mənzərəli otaq”, “Sol ayağım”, “Atam üçün”, “Jack və Rosenin mahnısı”, “Qan töküləcək”  kimi filmlərlə tanınan və üç Oskar mükafatına sahib olan aktyorun yaradıcılığı daha çox  ABŞ-da  köləliyi aradan qaldıran 16 – cı prezidenti Abraham Lincolu  canlandırdığı obrazla xatırlanır.

Abraham Lincolnu canlandırdığı " Lincoln" filmi ilə  yaddaşlarda qalan  3 Oskar mükafatı qazanan aktyor  Daniel Day-Lewis aktyorluqdan imtina etdiyini açıqlayıb.

"Olaylar" "Sözcüy" - yə istinadən bildirir ki, "Qandi", "Mənzərəli otaq", "Sol ayağım", "Atam üçün", "Jack və Rosenin mahnısı", "Qan töküləcək"  kimi filmlərlə tanınan və üç Oskar mükafatına sahib olan aktyorun yaradıcılığı daha çox  ABŞ-da  köləliyi aradan qaldıran 16 - cı prezidenti Abraham Lincolu  canlandırdığı obrazla xatırlanır. Day-Lewisin mətbuat xidmətinin rəhbəri   Leslee Dartın mətbuata verdiyi məlumata görə, keçən  həftə açıqlama verən aktyor bundan sonra filmlərdə rol almayacağını açıqlayıb: "Daniel Day-Lewis bundan sonra aktyorluq etməyəcək. İllərdir yanında  olan həmkarlarına və tamaşaçılarına minnətdardı. Bu qərar aktyorun  öz qərarıdı" - deyə, Leslee Dart bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31